» » » ABŞ-da vergilər artır?

ABŞ-da vergilər artır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Takie.org saytında Amerikada vergilərlə bağlı maraqlı yazı dərc edilib.  Həmin məqaləni saytımızın oxucuları üçün təqdim edirik.

Əmək statistikası bürosunun (ƏSB) açıqladığı məlumata görə, ötən il amerikalılar vergilərə, ərzaq və geyimə xərclədiklərindən daha çox pul ödəyiblər.  “İstehlak xərcləri” adlandırılan sənəddə deyilir ki, federal vergilər, yerli vergilər və ştat vergiləri  2016-cı ildə 10 489 dollar təşkil edib. Müqayisə üçün deyək ki, ABŞ sakinləri qida və geyim üçün orta hesabla 9 006 dollar xərcləyirlər ki, bu xərclərin də böyük hissəsi ərzağa gedir.

İlk dəfə bu fakt barədə CNSNews.com nəşrinin jurnalistləri yazıblar. 2013-cü illə müqayisədə vergilər 43 faiz artıb. ƏSB-nin verdiyi məlumata görə, həmin dövr ərzində federal vergilər 5743 dollardan 8367 dollara yüksəlib. Gəlirdən tutulan yerli və ştat vergiləri isə 1629 dollardan 2046 dollara qədər qalxıb.

Statistika məlumatları dərc edildikdən sonra prezident Donald Tramp vergi islahatlarını həyata keçirmək üçün Konqressə təzyiqlər etmək istəyir. Missuri ştatında etdiyi çıxışında Tramp Konqresi vergi sistemini sadələşdirməyə və faiz dərəcələrini aşağı salmağa çağırıb. Prezident hesab edir ki, vergi sisteminin mürəkkəbliyi ədalətsizliyə gətirib çıxarır. Bundan isə sadə amerikalılar əziyyət çəkir,  hansı ki,  şəxsi mühasiblər komandasının xidmətlərini ödəyə bilmirlər,  bu qarışıqlıqdan yalnız varlı və iri sahibkarlar faydalanırlar. Bundan əlavə,  ƏSB-nin məlumatına görə,  amerikalıların 2016-cı ildə ən böyük xərci mənzillə bağlı olub, il ərzində mənzilin icarəsi və digər xərclərə orta hesabla 18 886 dollar pul xərclənib.