» » » 14 nəfər ailə üzvünü öldürən qatil mühasib

14 nəfər ailə üzvünü öldürən qatil mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mumbay yaxınlığında yerləşən Hindistanın Teyn şəhərindən olan mühasib öz ailəsinin 14 üzvünü, o cümlədən yeddi uşağı qətlə yetirib. Guardian nəşrinin yerli polisə istinadən məlumatına görə, 35 yaşlı Hasnin Ənvər Varekar cinayəti törətdikdən sonra özü də intihar edib.

Qətldən əvvəl qohumlar, özlərinə məxsus evlərdən birində ailə məclisinə toplaşıblarmış. Polis güman edir ki, Varekar yeməyə yuxugətirici dərman qatıbmış və qohumları yatdıqdan sonra evin qapılarını bağlayıb və bıçaqla onların üzərinə hücum çəkib. Qatil əvvəlcə həyat yoldaşını və 2 qızını, daha sonra valideynlərini və bacılarını  qətl etdikdən sonra özünü asaraq intihar edib.

Yalnız qatilin 21 yaşlı bacısı sağ qalıb.  Onun boğazı kəsilsə də, sağ qalmağı bacarıb. Sky News xəbər verib ki, öldürülənlərin hamısının boğazları kəsilib.

Polis orqanları mühasibi belə dəhşətli cinayətə təhrik edən motivləri araşdırır. Press Trust of İndia nəşri fərz edir ki, qatil bu dəhşətli cinayətə mülkiyyət mübahisəsi üzündən gedə bilərdi.

Hadisə 28 fevral 2016-cı ildə baş verib.