Hüquqlarının müdafiəsi üçün hər bir işçinin mütləq bilməli olduqları

posted in: Xəbər | 0

işçiHər bir işçi bunları mütləq bilməlidir (gizli yardım)

Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad Əmək Məcəlləsi maddə 9c)

2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir. (maddə 48.2)

3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir. (maddə 51.3)

4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın.(maddə 69.4)

5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz. (maddə 77)

Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə

variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.

variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.

Yeni əlavələr hər həftə qeyd olunacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 133.4-cü maddəsiSual: VM-nin 133.4-cü maddəsinə açıq şəkildə izah verməyinizi xahiş edirəm. Bu maddədə göstərilən hallarda müqavilənin və ya borc öhdəliyinin vaxtı bir neçə hesabat dövrünə düşərsə, xərc hansı qaydada çəkilmiş sayılır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 133.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Buradan başa düşülür ki, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, faizlərin (icarə haqqının) əvvəlcədən və ya sonradan ödənilməsindən asılı olmayaraq hesabat ilində gəlirdən çıxılmalı olan faiz (icarə haqqı) kredit və ya icarə müqaviləsində göstərilmiş və müvafiq hesabat ilinə aid edilən hədlərdə gəlirdən çıxılır.

Misal. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi cari ilin yanvar ayının 1-dən 3 il müddətinə ofis icarəyə götürmüşdür. İllik icarə haqqı 7.500 manat olmaqla 3 il üzrə 22.500 manat icarə haqqı vergi ödəyicisi tərəfindən həmin ilin yanvar ayında ödənilmişdir. Bu halda, 7.500 manat icarə haqqı cari ildə, 15.000 manat ödənilmiş icarə haqqı isə hər il üzrə 7.500 manat olmaqla növbəti 2 ildə gəlirdən çıxılan xərcə aid edilir.

Bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bank of Baku’da vakansiya

posted in: Bank, Xəbər | 0
Bank of Bakuİş yeri: Bank of Baku
Vəzifə: Mikro kreditlər üzrə kiçik ekspert

Vəzifənin təsviri

Mikro kreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

  • Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
  • Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
  • Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
  • Kredit portfelinə nəzarət və idarə olunması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
  • Təşəbbüskar, aktiv və əzmkar olmalı
  • Bank sektorunda karyera qurmağa həvəsli olmalı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.bankofbaku.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr və yeni məzun olanlar üçün Ödənişli təcrübə proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Ödənişli təcrübə proqramıDünyanın qabaqcıl neft xidmətləri şirkəti olan Schlumberger aşağıdakı sahələr üzrə “Yay Təcrübə Proqramı” elan edir.

  • Qurğu administratoru;
  • Maliyyə;
  • Sağlamlıq və güvənlik;
  • İnsan Resursları;
  • İnformasiya Texnologiyaları.

Proqram aşağıdakılar üçündür:

  • Təzəlikcə bakalavr və magistr təhsilini bitirənlər (məzun olduqdan maximum 3 il keçməlidir)
  • Magistr və ya bakalavr təhsili alan sonuncu kurs tələbələri.

Proqram haqqında:

  • İyulun 1-i başlayacaq Təcrübə Proqramı ödənişlidir və 11 həftə davam edəcək.
  • Təcrübəçilər bütöv iş günü işləyəcəklər, lakin təcrübəçilərin üniversitet cədvəlləri və ya yay təhsil proqramlarına müvafiq olaraq yarı gün işləmək (part time) də təklif oluna bilər;
  • Uğurlu namizədlər arzuolunandır;
  • Upper-intermediate və  daha yüksək səviyyədə ingilis dili biliyi;
  • Sübut olunmuş akademik performansınızı və ya liderlik potensialınızı nümayiş etdirin;
  • İş təcrübəsi / könüllü fəaliyyətiniz olması üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini 15 iyun tarixinə qədər müraciət etdiyi sahənin adını qeyd etməklə irecruit.cv@gmail.com ünvanına göndərə bilərlər.

Namizədlərdən aşağıdakı məlumatları CV-lərində qeyd etməsi tələb olunur:

  • Doğum tarixi;
  • Məzun olduğu il (və ya məzun olacağı il)
  • Universitetdəkı ortalama bal göstəricisi;
  • Əgər varsa buraxılış işi adı;
  • Namizədi xarakterizə edən 3-4 cümlə yazmaq.

Mənbə: eduonline.az

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.