İmtahanlardan keçənlər SOCAR’da təcrübə keçəcəklər

posted in: Xəbər | 0

SOCAR'da təcrübəSOCAR-da ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin əməkdaşı Rauf Əhmədov bildirib ki, proqramda ümumilikdə 1 311 nəfər iştirak edir, onlar da 23 ixtisas üzrə imtahan verəcəklər: “Test imtahanların nəticələrinə əsasən, namizədlərlə müsahibə təşkil olunacaq. Seçilən namizədlər SOCAR-ın müəssisələrində seçdiyi ixtisas üzrə təcrübə keçəcəklər. Təcrübənin sonunda müvafiq müəssisələrin rəhbərləri uyğun namizədlərə ixtisaslara görə iş təklif edəcəklər”.

SOCAR-ın baş ofisinin insan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Ağamməd İsgəndərov bildirib ki, təcrübə proqramının mahiyyəti namizədlərin təhsil müəssisələrində yiyələndikləri nəzəri bilikləri istehsalatda istifadə etmək, yeni texnologiyalarla tanış olmaq, SOCAR barədə biliklərini artırmaqdan ibarətdir.

Onun sözlərinə görə, təcrübə müddəti təqribən 2 ay davam edəcək. A.İsgəndərov əlavə edib ki, təcrübə proqramında 4-cü kursda oxuyan bakalavrlar, magistraturada təhsil alanlar və təhsil müəssisəni 3 il bundan öncə bitirənlər iştirak edə bilirlər.

İmtahanda iştirak edən namizədlər imtahan prosesindən razılıqlarını bildiriblər. ADNSU-nun geofizika mühəndisliyi üzrə 4-cü kurs tələbəsi Turxan Dünyamalıyev deyib ki, imtahan normal keçib və o, göstərdiyi nəticələrdən razıdır. Tələbə öz gələcəyini SOCAR-da gördüyü üçün məhz burda təcrübə keçmək istədiyini bildirib.

Digər namizəd – Azərbaycan Texnologiya İnstitunda elektronika və telekommunikasiya proqramlandırma sahəsində təhsil alan Məhbubova İlhamə deyib ki, imtahan çox rahat və şəffaf şəkildə keçib. O da yay təcrübəsini SOCAR-da keçirəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 2018-ci ildə ödənişli istehsalat təcrübəsi proqramı üzrə mayın 16-sı elan edilmiş müsahibənin ilkin mərhələsi başa çatıb. Test imtahanları iyunun 10-dək davam etdiriləcək. Test imtahanlarda namizədlərə “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” və “kompüter bilikləri” blokları üzrə təqdim edilən 40 ədəd test tapşırığının cavablandırmasına 60 dəqiqə vaxt ayrılıb. Eyni zamanda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 manat, dəniz şəraitində istehsalat təcrübəsi keçənlərə isə 300 manat məbləğində ödəniş nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək haqqı hesablanması üzrə təcrübəçi axtarılır

posted in: Xəbər | 0
Əmək haqqı hesablanması

İnsan Resursları şöbəsinə Əmək haqqı hesablanması üzrə təcrübəçi tələb olunur.


Vəzifə öhdəlikləri:

• İşçilərə ödəniləcək əmək haqqının, avansın, mükafatın konvertləşdirilməsi və təhvil verilməsi

• İşdən çıxan işçilərin əmək haqqılarının hesablanması, konvertləşdirilməsi və işçilərə təqdim edilməsi

• İşdən çıxan işçilərin əmək haqqı ilə əlaqədar yaranan suallarınınn cavablandırılması

• Əmək haqqı kartlarının sifarişi, uçotu və təhvil verilməsi

Şəxsi qabiliyyətlər:

• Azərbaycan Respublikasının Əmək Məcəlləsininə əsasən əmək haqqının hesablanma qaydaları üzrə ilkin biliklər

• Ofis proqramlarından sərbəst istifadə etmək bacarığı

• Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək

• Sənədlərlə işləmək bacarığı

• Riyazi və Analitik düşünmək bacarığı

• Dəqiqlik

• Diqqətlilik

• İqtisadiyyat sahəsi üzrə ali təhsil

Maraqlananlar CV-lərini narmin.babayeva@sinteks.com elektron poçtuna göndərə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib üzrə vakansiyaİşəgötürən: Baku Business Consulting
Vəzifə: Mühasib
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Əzizli Günel
  • Telefon: (070) 255-80-05 / (012) 489-34-52
  • Əmək haqqı: 500-600 AZN
İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, şənbə günü 09:30-dan 13:00-dək
– Nahar fasiləsi 13:00-dan 14:00-dək

Namizədə tələblər

– Ali təhsili
– Cins-kişi/qadın
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

İşsizlikdən sığortaAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 251
Bakı şəhəri, 4 iyun 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2566) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndinə “Fond,” sözündən sonra “həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və” sözləri əlavə edilsin.
  2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri:                                        Novruz Məmmədov

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.