1300 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
Maliyyə Meneceriİşəgötürən: Arsenal Group
Vəzifə: Maliyyə Meneceri
  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ramazanova Aygün Yusif
  • Telefon: (012) 541-26-11
  • Əmək haqqı: 1000-1300 AZN
İş barədə məlumat

– Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
– Həvalə edilmiş departamentin məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması
– Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
– Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
– Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
– Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
– Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
– Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
– Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
– Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
– Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
– Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
– Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması
– Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
– Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
– Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi
– Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
– Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması
– Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
– Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət
– Şirkət hesabına nahar

Namizədə tələblər

– Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
– Maliyyə nəzarətin prinsiplərini bilməli
– Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
– Vergi qoymanın prinsip və metodlarını bilməli
– Vergi və rüsumların ödəmə üsullarını bilməli
– Vergi sistemini bilməli
– Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi
– Müvafiq sahədə ən azı 3 il təcrübə
– Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
– Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
– Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə)
– Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir)
– Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq
– Kompüter bilikləri: MS Ofice, Outlook, 1C

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edir

posted in: Anbardar, İş elanı, Xəbər | 0

Veysəloğlu Şirkətlər QrupuŞirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir.

2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifənin adı: Anbar operatoru

Təhsil: Ali

İxtisas Bilikləri və bacarıqlar:

– Anbar operatoru kimi ən az 1 il iş təcrübəsi
– Məsuliyyətli, punktual və təzyiq altında işləməyi bacaran olmalı

Kompyuter Bilikləri: MS Excel biliyi; Logo və ya Unity proqram biliyi üstünlükdür

VƏZİFƏ FUNKSİYALARI:

– Qaimələr üzrə mədaxil və məxaric
– Sifarişlərin izlənilməsi, qaimələr üzrə sistemə daxil edilməsi

İş qrafiki: 5 günlük (6-cı gün növbəli) / 09:00-18:00
Digər: Nahar şirkət tərəfindən verilir
Yaş həddi: 23 – 30
İş yeri: Bakı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Anbar operatoru” qeyd edilməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq

posted in: Vergi, Xəbər | 0

məcəlləSabah, iyunun 12-də Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında” və s. qanunlara, o cümlədən Əmək, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” (I oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” (III oxunuş), “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” (II oxunuş), “Məşğulluq haqqında” (II oxunuş) qanun layihələrinə də baxacaqlar.

Bundan başqa, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, növbədənkənar sessiya müddətində ümumilikdə üç plenar iclasın keçirilməsi nəzərdə tutulur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisinə cəlb edilən nəqliyyat vasitələri hansılardır?

posted in: Vergi, Xəbər | 0

nəqliyyat vasitələriƏmlak vergisinə cəlb edilən nəqliyyat vasitələri hansılardır?


Sual: Şirkətin balansında avtokar mexaniki nəqliyyat vasitəsi vardır. Avtokarın qalıq dəyəri əmlak vergisindən azaddırmı?

Cavab: Bildiririk ki, əmlak vergisinin vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri mexaniki nəqliyyat vasitələrinin dəyəri qədər azaldılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli 517-IQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, özügedən maşınlar dedikdə isə tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi başa düşülür. Qeyd edilənlərə əsasən avtokarlar mexaniki nəqliyyat vasitələrinə aid edilir və onların dəyəri əmlak vergisinə cəlb edilmir.

Bax: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.