Avto-nəqliyyat vasitələri üçün qeydiyyat rüsumu artırılır

posted in: Xəbər | 0

qeydiyyat rüsumuAvto-nəqliyyat vasitələrinin qeydiyyatı üçün dövlət rüsumu 17 manatdan 25 manata qaldırılır

Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.

Bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə mütəxəssisi üzrə Ödənişli təcrübə proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Ödənişli təcrübə proqramıMaliyyə mütəxəssisi üzrə Ödənişli təcrübə proqramı


“Yalama Agropark” MMC (agroparkyalama.az) (Xaçmaz, Yalama qəsəbəsi), karyeralarını Kənd Təsərrüfatı sahəsində başlayıb inkişaf etdirmək istəyən, həmçinin gələcəkdə komandamızın üzvü olmaq imkanı əldə etmək istəyən Gənclər üçün “Yay Təcrübə proqramı”nı təşkil etməklə, Maliyyə mütəxəssi ixtisasına yiyələnmiş gəncləri Aqropark ərazisində yaşayış, qida və ödənişlə təmin etməklə Proqrama qoşulmağa dəvət edir.

Maliyyə mütəxəssi-təcrübəçi

• Hesab Fakturaların qəbul edilməsi, mümkün olaca biləcək uyğunsuzluqların yoxlanılması və fərdi hesablarda qeyd edilməsi işlərində iştirak etmək.
• Elektronik köçürmələrin və ödənişlərin hazırlanması və yerinə yetirilməsində iştirak etmək.
• Pul vəsaitlərinin yığılması və bölüşdürülməsi hesabatlarının hazırlanmasında yardımçı olmaq.
• Təchizatçılar üzrə hesabatların üzləşdirilməsi, uyğunsuzluqların araşdırılması  və düzəldilməsi.
• Kreditor borclarına nəzarət, Kreditorlar üzrə hesabatın təmin edilməsində iştirak etmək.
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Yay təcrübəsi” qeyd etməklə göndərə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət satınalma müqaviləsi üzrə ödənişlərin nağd istifadəsi

posted in: Xəbər | 0
satınalma müqaviləsiMüəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitdən ödənişlər nağd qaydada həyata keçirilə bilərmi?

Azərbaycan Respublikasının «Nağdsız hesablaşmalar haqqında» Qanununun 3.4.7-ci maddəsinə əsasən, müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən, adıçəkilən Qanunun 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən:

Müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding Baş mühasib axtarır

posted in: Xəbər | 0
Baş Mühasib (Gilan İnşaat Qrupu)

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Öhdəliklər:
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
  • Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etməkylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
Namizəddə tələblər:
  • Ali təhsil  (Mühasibat uçotu, Maliyyə)
  • 1C, MS Office proqramlarını yüksək səviyyədə bilməli
  • Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq mühasibat standartlarını bilməlidir.

Dillər: Səviyyə

Azərbaycan: Ana dili

Rus: Orta səviyyədən yuxarı

İngilis: Orta

Mənbə: gilanholding.com

Müraciət üçün bu linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.