Baş Mühasib (Gilan İnşaat Qrupu)
Kateqoriya: Maliyyə
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr
Öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etməkylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
Namizəddə tələblər:
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə)
- 1C, MS Office proqramlarını yüksək səviyyədə bilməli
- Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi
- Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq mühasibat standartlarını bilməlidir.
Dillər: Səviyyə
Azərbaycan: Ana dili
Rus: Orta səviyyədən yuxarı
İngilis: Orta
Mənbə: gilanholding.com
Müraciət üçün bu linkə daxil olun.