İş yeri: Bank of Baku
Vəzifə: Mikro kreditlər üzrə kiçik ekspert
Vəzifənin təsviri
Mikro kreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər
- Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
- Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
- Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
- Kredit portfelinə nəzarət və idarə olunması
Seçim meyarları
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
- Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
- Təşəbbüskar, aktiv və əzmkar olmalı
- Bank sektorunda karyera qurmağa həvəsli olmalı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Mənbə: www.bankofbaku.com