» » » Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misalla izahı

Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinin 133.4-cü maddəsiSual: VM-nin 133.4-cü maddəsinə açıq şəkildə izah verməyinizi xahiş edirəm. Bu maddədə göstərilən hallarda müqavilənin və ya borc öhdəliyinin vaxtı bir neçə hesabat dövrünə düşərsə, xərc hansı qaydada çəkilmiş sayılır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 133.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Buradan başa düşülür ki, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, faizlərin (icarə haqqının) əvvəlcədən və ya sonradan ödənilməsindən asılı olmayaraq hesabat ilində gəlirdən çıxılmalı olan faiz (icarə haqqı) kredit və ya icarə müqaviləsində göstərilmiş və müvafiq hesabat ilinə aid edilən hədlərdə gəlirdən çıxılır.

Misal. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi cari ilin yanvar ayının 1-dən 3 il müddətinə ofis icarəyə götürmüşdür. İllik icarə haqqı 7.500 manat olmaqla 3 il üzrə 22.500 manat icarə haqqı vergi ödəyicisi tərəfindən həmin ilin yanvar ayında ödənilmişdir. Bu halda, 7.500 manat icarə haqqı cari ildə, 15.000 manat ödənilmiş icarə haqqı isə hər il üzrə 7.500 manat olmaqla növbəti 2 ildə gəlirdən çıxılan xərcə aid edilir.

Bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.