» » » Hüquqlarının müdafiəsi üçün hər bir işçinin mütləq bilməli olduqları

Hüquqlarının müdafiəsi üçün hər bir işçinin mütləq bilməli olduqları

posted in: Xəbər | 0

işçiHər bir işçi bunları mütləq bilməlidir (gizli yardım)

Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad Əmək Məcəlləsi maddə 9c)

2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir. (maddə 48.2)

Biznes hesabi

3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir. (maddə 51.3)

4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın.(maddə 69.4)

5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz. (maddə 77)

Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə

variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.

variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.

Yeni əlavələr hər həftə qeyd olunacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.