Sadələşdirilmiş vergi ödəyicisi hədiyyə verən və alan zaman hansı vergi öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyiSual: Sadələşdirilmiş vergi ödəyicisi olan “A” şəxsi digər sadələşdirilmiş vergi ödəyicisi olan “B” şəxsinə 70.000 manatlıq avadanlığı hədiyyə etdiyi halda “A” və “B” şəxsləri üçün ayrılıqda hansısa vergi öhdəliyi yaranır?

Cavab: Bildiririk ki, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmçinin, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri vergi ödəyicisinin satışdankənar gəlirləri hesab edilir.

Göstərilənlərə əsasən sorğunuzda qeyd edilən halda “A” şəxsi tərəfindən “B” şəxsinə hədiyyə edilən avadanlıq “A” şəxsi üçün malların təqdim edilməsindən gəlir, “B” şəxsi üçün isə satışdankənar gəlir hesab olunmaqla sadələşdirilmiş vergiyə cəlb edilir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 14-cü, 108-ci, 142-ci, 143-cü və <159.4-cü> maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AFB Bank-da vakansiya

posted in: Audit, Bank, İş elanı, Xəbər | 0

AFB BankAFB Bank Audit departamentində auditor vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Audit departamentinin auditoru

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi və ya hüquqi təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• AR qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyəti.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İŞİN TƏSVİRİ:

• Bankda aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
• Təsdiq edilmiş müvafiq Audit planına əsasən yoxlamaların aparılması;
• Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının yoxlanılması;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur və qaydalarına, daxili davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və s.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Auditor” qeydi edərək cv@afb.azinfo@finstaff.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: afb.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yoxlamalarında dəyişiklik!

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamalarıVergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Qeyd edilməlidir ki, son dəyişikliklərə qədər səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunurdu. Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayevin sözlərinə görə, departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq. Bu məqsədlə təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması – səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək.

Operativ nəzarət tədbirləri də risk meyarları əsasında həyata keçiriləcək. Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki, qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək.

Vergilər Nazirliyi bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir. Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr, gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin edilməsinə öz töhfələrini verə bilərlər.

Bununla yanaşı, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının qarşısının alınması, əmək müqavilələrinin rəsmiləşdirilməməsi, lisenziyasız fəaliyyət hallarının aradan qaldırılması, malların alış sənədlərinin olması üzrə də nəzarət tədbirləri keçiriləcəkdir.

Vergilər Nazirliyinin əsas məqsədi vergilərin yığılmasından vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi, vergi mədəniyyətinin daha da yüksəldilməsidir. 2018-ci il vergi inzibatçılığında keçid ilidir. Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılacağını gözləyir. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması yeganə yoldur. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında yoxlamaların sayı 55 faizədək azalıb. Bununla belə, vergidən yayınma hədəfinin düzgün müəyyən edilərək, keyfiyyətinin və effektivliyin artırılması əsas məqsədlərdən biridir. Bu sahədə səyyar vergi yoxlamalarının keçirilmə müddətlərinin tezləşdirilməsi, elektron auditin əhatə dairəsini genişləndirilməsi, yoxlamaların effektivliyinin artırılması, şəffaflığın və bərabər rəqabət şərtlərinin təmin edilməsi, korrupsiya əlamətlərinin sıfıra endirilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Yoxlamaların keyfiyyətinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də tədbirlər görüləcək. Bu məqsədlə həm vergi orqanlarında işləyən daha təcrübəli və savadlı əməkdaşlar, həm də kənar ekspertlər cəlb edilməklə gənc əməkdaşların yetişdirilməsi prosesi həyata keçiriləcək.

Korrupsiya əlamətlərinin minimallaşdırılması məsələsinə gəlincə, burada nazirlik tərəfindən görülən işlərlə yanaşı, vergi ödəyicilərinin özləri də hər hansı neqativ halla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və mövcud kommunikasiya vasitələrindən istifadə etməklə Vergilər Nazirliyinə məlumat verə bilərlər. Bu müraciətlər ciddi araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergidən yayınma hallarına son qoyulmalıdır

posted in: Xəbər | 0

Vergidən yayınma“Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir”.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”, – deyə Prezident bildirib.

Onun sözlərinə görə, sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər:

“Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq”.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.