Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan “A” şəxsi digər sadələşdirilmiş vergi ödəyicisi olan “B” şəxsinə 70.000 manatlıq avadanlığı hədiyyə etdiyi halda “A” və “B” şəxsləri üçün ayrılıqda hansısa vergi öhdəliyi yaranır?
Cavab: Bildiririk ki, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Həmçinin, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri vergi ödəyicisinin satışdankənar gəlirləri hesab edilir.
Göstərilənlərə əsasən sorğunuzda qeyd edilən halda “A” şəxsi tərəfindən “B” şəxsinə hədiyyə edilən avadanlıq “A” şəxsi üçün malların təqdim edilməsindən gəlir, “B” şəxsi üçün isə satışdankənar gəlir hesab olunmaqla sadələşdirilmiş vergiyə cəlb edilir.
Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 14-cü, 108-ci, 142-ci, 143-cü və <159.4-cü> maddələri.
Mənbə: taxes.gov.az