Excel-də başqa səhifədəki xananı necə izləməli?

posted in: Excel, Xəbər | 0

Excel-in ən gözəl imkanlarından biri də Watch Window-dur. Fərz edək ki, hər hansı bir səhifədə müəyyən dəyərləri dəyişərək eksperiment aparırıq, lakin bu dəyişikliklər başqa bir səhifəyə də təsir edir, başqa səhifədəki xananı da dəyişir. Hər dəfə dəyişiklik etdikdən sonra həmin səhifəyə gedib həmin xanaya baxmaq əvəzinə, olduğumuz səhifədə qalmağa davam edərək Watch Window vasitəsilə digər səhifədəki xananı müşahidə edə bilərik.

Bunun üçün Formulas menusundan Watch Window ikonuna klikləmək kifayətdir.

Excel

Qarşımıza belə bir qutu çıxacaqdır.

Excel

İzləmək istədiyimiz xananı Add Watch ikonuna klikləyərək əlavə edə bilərik. Bu zaman, nəticəsini görmək istədiyimiz xananın üzərinə gedib, onu klikləməyimiz yetərli olacaqdır.

Excel

Screenshot-da gördüyümüz xana – EOMONTH adlı sheet-də yer alan C9 xanasıdır. Add düyməsini kliklədikdən sonra izlədiyimiz xananı əlavə etmiş oluruq.

Excel

  1. İzlənilən xananın yer aldığı faylın adı
  2. İzlənilən xananın yer aldığı sheet-in adı
  3. İzlənilən xananın özü
  4. İzlənilən xanadakı mövcud nəticə
  5. İzlənilən xanadakı formul

Və biz C9 xanasının bağlı olduğu istənilən xanadakı dəyəri dəyişdikdə burdakı nəticə də avtomatik dəyişəcəkdir.

İzləmək üçün çox sayıda xana əlavə etmənin mümkünlüyünü də qeyd etmək istərdim. Add Watchüzərinə klikləyərək eyni əməliyyatı istədiyimiz qədər təkrar edə bilərik.

Aktuallığını itirmiş xananı silmək üçün isə Add Watch ikonunun yanındakı Delete Watch ikonundan faydalanacağıq.

Müəllif: Elçin Xəlilov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Banklar haqqında” Qanuna kiçik dəyişiklik edildi

posted in: Bank, Xəbər | 0
Banklar“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, I kitab, maddə 2227; 2018, № 1, maddə 33; Azərbaycan Respublikasının 3 aprel tarixli 1050-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.2. Banklar eyniləşdirmə və verifikasiya sənədlərinin, habelə pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətdə saxlanmasını təmin etməlidirlər.”.

2. 42.1-ci maddənin ikinci abzasında “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibİşəgötürən: Murphy Shipping & Commercial Services Azerbaijan Ltd

Vəzifə: Baş Mühasib

Vəzifəyə olan tələblər:

– Ali təhsil
– Baş mühasib kimi ən az 3 il iş təcrübəsi
– Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
– İşdə dəqiqlik və detallara diqqətlilik;

Vəzifə öhdəlikləri:

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında həll etmək ve dəqiq olmalı
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 5 gün, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: şənbə və bazar günü
– Əmək haqqı: razılaşma yolu ilə

CV-lər reception@murphyshipping.co.az / info@finstaff.az elektron ünvanına “ Baş Mühasib” mövzuda mütlək qeyd edilsin. Ancaq şəkil olan CV-lər baxılacaq.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Gələn ay neçə gün qeyri-iş günü olacaq?

posted in: Xəbər | 0

qeyri-iş günüAvqust ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar iki gün iş olmayacaq.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 40 nömrəli qərarına əsasən avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.