İnzibati Xətalar Məcəlləsində dəyişiklik – Bu cəriməni ödəmədikdə aylıq 30% dəbbə pulu hesablanacaq

posted in: Xəbər | 0
cəriməAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli, 24 aprel tarixli 1073-VQD, 1075-VQD nömrəli, 1 may tarixli 1110-VQD və 1117-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.1-ci maddənin ikinci cümləsinə “qanunvericiliyin” sözündən sonra “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 150.15-ci və 150.16-cı maddələr əlavə edilsin:

“150.15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

150.16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Azərbaycan Respublikasına gəlməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Kənd təsərrüfatında əmlak vergisi

posted in: Vergi, Xəbər | 0

əmlak vergisiSual: Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə tərəfindən əmlak vergisi ödənilirmi? 

Cavab: Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab olunur.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları olan hüquqi şəxslər, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, habelə həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən beş il müddətinə – 2019-cu ilin 1 yanvar tarixinədək azad edilmişdir.

Qeyd olunanlara əsasən:

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən həmin fəaliyyət prosesində istifadə olunan əmlaklara görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmlak vergisi hesablanıb düvlət büdcəsinə ödənilməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2000 manat məvaciblə “Daxili Audit Şöbəsinin Müdiri” axtarılır

posted in: Audit, İş elanı, Xəbər | 0

Audit Şöbəsinin Müdiriİşəgötürən: Atena MMC

  • Şəhər: Bakı
  • Yaş: 27 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş barədə məlumat– Şirkətin bütün struktur bölmələrinin fəaliyyətinin müvafiq Əsasnaməyə uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının auditinin aparılması və nəzarət edilməsi
– Normativ-hüquqi aktların və müəssisə daxili qaydaların icrasının vəziyyətinin auditinin aparılması və nəzarət edilməsi
– Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası tərəfindən qəbul olunmuş qərarların icrasının auditinin aparılması
– Elektron informasiya sistemləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili;
– Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsinin aparılması;
– Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmalarının aparılması.
– İş vaxtı : həftədə 5 gün / 08:30-dan 17:30-dək
– Nahar: şirkət tərəfindən qarşılanır
Namizədə tələblər
– İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür)
– Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur
– Audit sahəsində ən azı 3 il iş təcrübəsinin olması
– Maliyyə və audit şirkətlərində təcrübə üstünlük hesab olunur
– İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması
– Yüksək səviyyədə idarəetmə qabiliyyətinin olması
– Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməliMənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

6 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

 

xarici şirkət

  • “Nippon Koel UK Co., LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “ABLV CONSULTİNG SERVİCES, AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1700546841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi, ev 16 ünvanına bildirə bilərlər.
  • “NOBL SKY LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: 9900076571) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90 ünvanına bildirə bilərlər.
  • Böyük Britaniyanın “BEYKER VƏ MAKENZİ Sİ-AY-ES LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1700150451) Şirkətin 28 iyun 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini, ləğv etmə prosesinə başladığını və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının  təsviyyəsini elan edir. Kreditorlar tələblərini iki ay ərzində  Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirə bilərlər.
  • “AKTAVİS İNTERNƏŞNL LİMİTED” MMC-nin Azərbaycan Respulikasındakı Nümayəndəliyi (VÖEN: 1301892031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Yasamal r., Cəfər Cabbarlı, ev 44 ünvanına bildirə bilərlər.
  • “EYƏLAYNS MENECMENT SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 2000049321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 6A ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.