Sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

posted in: Xəbər | 0

Sosial sığorta haqqıSual: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin qanununun 15-ci maddəsinə görə işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Bilmək istərdik ki, yeni ixtisar qaydasına əsasən ixtisar edilən işçilərə ödənilən müavinətə görə vergi tutulmalıdırmı?

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmamalıdır.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

1300 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib tələb olunurİşəgötürən: “Təmirmaş-2” MMC

  • Şəhər: Sumqayıt
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Rövşən Əliyev – İnsan Resursları şöbə müdiri
İş barədə məlumat:
– Gündəlik uçotun təşkili və aparılmasını təmin etmək
– Maliyyə və vergi uçotu üzrə hesabatları hazırlamaq
– Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək
– Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq
– Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək
– Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək
– Satışlar üzrə müqavilələrin uçotunu aparmaq
– Əsas vəsaitlərin inventar uçotunu aparmaq
– Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və vaxtında təqdim etmək
– 6 günlük iş qrafiki: istirahət günü – bazar
– Nahar şirkət tərəfindən təmin edilir
– İş yeri: Sumqayıt şəhərində
Namizədə tələblər:
– Yaş: 25-40
-Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
– İş təcrübəsi ən azı 5 il
– Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (orta)
– Kompüter biliyi: 1C, MS Office proqramları (Word, Excel, Power Point) professional səviyyədə olmalı.
– Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsiVakansiya üzrə CV təqdim etmək istəyən şəxslərdən, mövzuda “Baş mühasib” qeyd edərək, hrm@temirmash.az /info@finstaff.azelektron ünvanına şəkilli CV göndərmələri xahiş olunur.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib

posted in: Xəbər | 0

DSMFÜnvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb.

S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır: “Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi  sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub”.

Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb. Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.

İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr,  3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən  11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.

Nazir sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da qeyd edib. O, eləcə də sosial yardımın alınması üçün müraciət edən ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.

İclasda işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub, qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şirkətin bir neçə bank hesabında vergi sərəncamı olarsa

posted in: Xəbər | 0
vergi sərəncamıParalel hesablarda vergi sərəncamları.

Bir neçə hesabda vergi sərəncamı olduqda və pul bir hesabdan ödənilərsə, digər hesabda da vəsait dondurulmuş qalırmı?

SUAL: Hüquqi şəxsin bir neçə bankda cari hesabları mövcuddur. Vergi orqanı tərəfindən bu banklara sərəncamlar göndərilir. Banklardan biri hüquqi şəxsin cari hesabından vergi borcunu silir və ya müştəri özü ƏDV sub-uçot hesabından sərəncamın məbləğını ödəyir. Bu zaman digər bankda olan vergi sərəncamını vergi orqanı geri götürənədək həmin hüquqi şəxsin hesabında olan (65.8-ci bənd üzrə sərəncamın məbləğ dondurulmaq şərti ilə) yerdə qalan vəsaitdən müştəri digər əməliyyatları apara bilərmi?

CAVAB: Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək vergi orqanının hüququ hesab olunur, bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Vergi orqanı tərəfindən sərəncamın geri götürülməsinədək dondurulmuş məbləğ vergi ödəyicisi tərəfindən istifadə edilə bilməz. Vergi ödəyicisinin hesabında olan dondurulmuş məbləğdən artıq olan məbləğ isə vergi ödəyicisi tərəfindən istifadə edilə bilər.

Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının bilavasitə hüququdur.

65-ci maddədə vergilər üzrə borcların alınması qaydasına görə,  vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:

  • vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;
  • vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq;
  • vergi ödəyicisinin yazılı razılığı olduqda.

Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dovlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, bank və ya digər kredit təşkilatı hesabdakı vəsaiti bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.