» » » Sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

Sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

posted in: Xəbər | 0
birbank biznes

Sosial sığorta haqqıSual: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin qanununun 15-ci maddəsinə görə işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Bilmək istərdik ki, yeni ixtisar qaydasına əsasən ixtisar edilən işçilərə ödənilən müavinətə görə vergi tutulmalıdırmı?

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmamalıdır.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.