Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisi üzrə vakansiyaİşəgötürən: Planet Travel

İş barədə məlumat

-Ən azı bir illik əmək müqaviləsi imzalanacaq
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında həll etməli ve dəqiq olmalı
– Banking sistemində əməliyyatların aparılması
– Ödənişləri nəzarətdə saxlamaq

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– Müvafiq sahə üzrə ali təhsil
– Azərbaycan, Rus və İngilis dillərini səlis bilməli
– Ofis proqramları platformasında təcrübə mütləqdir
– Bank ödəniş tapşırıqlarının hazırlanması.
– Vergi və Əmək Məcəlləsi üzrə biliklər
– e-gov.az, e-taxes.gov.az, internet bankçılıq və digər portallardan istifadə etmək bacarığı

Göstərilən tələblərə cavab verən kişi namizədlər öz şəkilli CV-lərini gunay@planetgroup.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib köməkçisi” şəklində göstərilməsi xahiş edilir.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarlıq sahəsində yoxlamalar (bilinənlər və bilinməyənlər)

posted in: Xəbər | 0
Sahibkarlıq sahəsində yoxlamalarMövzuya başlamazdan əvvəl qeyd etmək yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Buna baxmayaraq bəzi sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və Qida Təhlükəsziliyi Agentliyi tərəfindən qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müəyyən edilmiş yoxlamalar aparıla bilər.
Bu yoxlamalara aşağıdakılar aid edilir:
  • sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
  • fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;
  • təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;-
  • sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
  • kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
  • radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması;
  • əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Bu o deməkdir ki, 2021-ci il yanvarın 1-dək dayandırılmış yoxlamalar yuxarıdakı siyahıda göstərilmiş yoxlamalara aid edilmir.
Mövzu ilə əlaqədar xatırlatmaq yerinə düşərdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dedikdə sahibkarlıq subyektlərinin qanunvericiliklə müəyyən edilmiş məcburi tələblərə riayət edib-etməmələrinin qiymətləndirilməsi üzrə tədbirlərin məcmusu başa düşülür. Bu yoxlamaların aparılması ilə əlaqədar sahibkarlıq subyektlərinin müəyyən kateqoriyalar üzrə iri, orta və kiçik sahibkar meyarları üzrə bölgüsünün olduğunu da qeyd etmək mümkündür.
Həmin meyarları təqdim edirik.
– ölçüsünə görə kateqoriyası
a) kiçik sahibkar  b) orta sahibkar  c) iri sahibkar
– işçilərin orta siyahı sayı üzrə kateqoriyası
a) kiçik sahibkar – 25 nəfərədək işçisi olan
b) orta sahibkar – 25 nəfərdən 125 nəfərədək işçisi olan
c) iri sahibkar – 125 nəfərdən çox işçisi olan
– illik gəlirinə görə
a) kiçik sahibkar – 200 min AZN-dək
b) orta sahibkar – 200 min AZN-dən 1 milyon 250 min AZN-dək
c) iri sahibkar – 1 milyon 250 min AZN-dək
İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı bilinməsi gərəkli məsələlərdən başlıcası odur ki, bu sahədə aparılan növbəti (plan üzrə) yoxlamalar sahibkarlıq subyektlərinin fəaliyyət müddəti, aparılmış əvvəlki yoxlamalar, fəaliyyət göstərdiyi sahə və digər statistik göstəriciləri nəzərə alınmaqla onlara verilən risk qrupları üzrə həyata keçirilir.
Həmin risk qrupları bunlardır:
a) yüksək, b) orta,  c) aşağı
Sahibkarlıq subyektinin 2 risk qrupuna aid edildiyi müəyyən edilərsə, ən yüksək dərəcə əsas götürülür və bu risk qrupuna 3 ildən bir yenidən baxılır.
Risk qrupları nəzərə alınmaqla sahibkarlıq subyektlərində yoxlamalar aşağıdakı dövriliklə aparılır.
1) yüksək risk qrupu üzrə – ildə 1 dəfədən çox olmayaraq
2) orta risk qrupu üzrə – 2 ildə 1 dəfədən çox olmayaraq
3) aşağı risk qrupu üzrə – 3 ildə 1 dəfədən çox olmayaraq
Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət üzrə isə aparılan planlı yoxlamaların dövriliyi aşağıdakı kimidir:
1) yüksək risk qrupu üzrə – altı ayda 1 dəfədən çox olmayaraq
2) orta risk qrupu üzrə – 1 ildə 1 dəfədən çox olmayaraq
3) aşağı risk qrupu üzrə – 2 ildə 1 dəfədən çox olmayaraq
Əgər son iki yoxlama nəticəsində sahibkarlıq subyektinin qanunvericilikdəki məcburi tələblərə riayət etdiyi və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaratmırsa, bu halda aparılan planlı (növbəti) yoxlamaların dövriliyi 1.5 dəfə artırılır.
Misal üçün orta risk qrupu üzrə aparılacaq növbəti yoxlama 2 ildə 1 dəfə deyil, 3 ildə 1 dəfə aparılır.
Onu da qeyd edək ki, plan üzrə yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır.
Plandankənar yoxlamalar isə:
  • sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə
  • sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda
  • insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda (bu barədə daxil olmuş anonim müraciətlər (məlumatlar) əsasında plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz)
  • sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə aparılır.
Bəs bu yoxlamaların müddəti nə qədər davam edir?
Qanunvericiliyə görə plan üzrə (növbəti) yoxlamalar iri sahibkarlarda 10 iş günündən, kiçik və orta sahibkarlarda isə 5 iş günündən artıq olmayaraq davam edə bilər.
Plandankənar yoxlamalar isə iri sahibkarlarda 5 iş günündən, kiçik və orta sahibkarlarda isə 3 iş günündən artıq olmamalıdır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu tələblərə riayət edilmədiyi halda sahibkarlıq subyekti yoxlayıcı orqanı yoxamaya buraxmaqdan imtina edə bilər.
Onu da xatırladaq ki, yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər.
Sahibkarın fəaliyyətinin yoxlanması zamanı müəyyən edilsə ki,
  • yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradır və ya mühüm zərər vurur
  • həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil;
  • məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur, bu halda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Həmin tədbirlərə aiddir:
  • istehsalın ayrı-ayrı sahələrinin, istehsalın dayandırılması, malın satışının dayandırılması, istehsalının və ya satışının qadağan edilməsi, malın dövriyyədən çıxarılması, malın geri çağırılması, emalı, təkrar emalı, təyinatının dəyişdirilməsi, iş personalının uzaqlaşdırılması, işvə ya xidmət göstərilməsinin dayandırılması
Aşağıdakı hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər
  • sahibkar tam və əhatəli şəkildə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir
  • sahibkar məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
Mövzu ilə əlaqədar qeyd edək ki, bütün növ yoxlamaların sonunda yoxlama aktı tərtib edilməlidir.
Sahibkarlıq subyektinin yoxlayıcı orqanın qərarından yuxarı orqana və ya məhkəməyə şikayət etmək hüququ var. Bu şikayətə isə 15 iş günü ərzində baxılmalıdır və yoxlayıcı orqanın qərarı ya ləğv edilir, ya da dəyişdirilir, ya da ki qüvvədə saxlanılır.
Yekunda isə qeyd edək ki, yeni yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bəzi hallarda sırf bu yoxlamalar zamanı müşahidəçi kimi iştirak etmək hüququ əldə etmişdir.

16 iyul – Ukraynada Mühasiblər və Auditorlar günüdür

posted in: Audit, muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərHər il iyulun 16-da Ukraynada mühasiblərin peşə bayramı olan Mühasiblər Günü qeyd olunur. 2018-ci ildən başlayaraq isə bu gün həm də auditorların peşə bayramı hesab olunur.

Bu günün bayram kimi qeyd olunmasına 1999-cu ildən başlanılıb. Məhz, 1999-cu il iyulun 16-da “Ukraynada mühasibat uçotu və maliyyə hesabatlılığı barədə” Qanun qəbul edilib. Sözügedən Qanun Ukraynada təşkilatların hüquqi əsasları, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib olunmasının tənzimlənməsini müəyyənləşdirir. Qanuna əsasən, mühasibat uçotu və maliyyə hesabatlarının məqsədi istifadəçiyə müəssisənin maliyyə, icra vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında tam, düzgün və qərəzsiz məlumat verməkdir. 2004-cü ilədək bu bayram Ukraynada qeyri-rəsmi auditorlar və mühasiblər federasiyası tərəfindən qeyd olunurdu və bu, peşə nüfuzunun yüksəldilməsinə imkan yaratdı və buna görə hökumət nümayəndələrini mühasiblərə təzə baxış göstərməyə məcbur etdi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Eyni zamanda, bu, mühasibat uçotunun yalnız vergi hesabatı deyil, həm də idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olduğunu dərk etməyə imkan verdi.

Nəticədə, mühasibat və audit işçilərinin müəssisələrin, qurumların və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin inkişafına mühüm töhfəsini, milli iqtisadiyyatın artımını nəzərə alaraq, Ukrayna Prezidentinin 18 iyun 2004-cü il tarixli 662/2004 saylı Fərmanı ilə mühasiblər günü rəsmən müəyyən edilmiş oldu və onun qeyd olunması tarixi kimi 16 iyul müəyyənləşdirildi.

Prezidentin 20 aprel 2018-ci il tarixli 103/2018 saylı Fərmanı ilə bu sənədə dəyişiklik edildi və həmin adndan sonra 16 iyul mühasiblər və auditorlar günü kimi tanındı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Optimal Electronics-də təcrübə proqramı

posted in: İş elanı, Xəbər | 0

təcrübə proqramıOptimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Optimal Elektronika” MMC  İnsan Resursları Departamentində  Təcrübə Proqramını açıq elan edir:

Tələblər:

– Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Biz Sizə təklif edirik:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 5  iş günü, 2  gün istirahət;
– Karyera yüksəlişi imkanı;
– Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi suleyman.shaheldiyev@optimal.az / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobserach.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.