Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib tələb olunurKARVAN-L EKO MMC baş mühasib vakansiyasını elan edir

• Mühasibatlıq hesabatlarını vaxtında və düzgün hazırlamaq;
• Mühasibatlığın ilkin sənədlərinin yoxlanılması;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılması;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək.
• Muhasibat proqramlarinin bilmək , 1C mutləqdir.
• İş təcrübəsi 5 ildən yuxarı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı
• Yaş həddi: 27-55 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş saatı 1-6-cı günlər 09:00-dan 18:00-a kimi
• Əmək haqqı razılaşma ilə
• İs yeri Ağstafa rayonu Həsənsu kəndi

Əlaqə: 055 525 35 98
E – mail :  hr_p_1965@mail.ruinfo@finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1000 manat məvaciblə Mühasib-Auditor tələb olunur

Mühasib-AuditorMühasib-Auditor tələb olunur


İşəgötürən: “Fintrend” BOKT

Əmək haqqı: 900-1000 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nərgiz
İş barədə məlumat
– Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək
– Mühasibat uçotu və hesabatlığa aid bütün funksiyaları həyata keçirmək
– Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və vaxtında təqdim etmək
– 6 günlük iş qrafiki: istirahət günü – bazar
Namizədə tələblər
– İqtisad sahəsində ali təhsilin olması
– Azərbaycan dili mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur
– Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinin olması
– Bank təcrübəsi mütləqdir
– İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması
– Daim təşəbbüskar, davamlı fəaliyyət göstərməli

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Saxta əlillik təyinatları ləğv ediləcək

posted in: Xəbər | 0

əlillik“Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədi ilə mayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb.

Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq bu ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

İclasda S.Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.

S.Babayev əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin elektronlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır.

İclasda “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva edən “Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış layihəsi müzakirə olunub. Daha sonra bərpa və reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası üzrə İşçi Qrupun məruzəsi dinlənilib.

Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bank hesabının açılması prosedurunun geniş izahı

posted in: Bank, Xəbər | 0

Bank hesabıDövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınmaq haqqında ərizə ilə ilk növbədə vergi orqanına müraciət etməlidirlər. Xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınmaq haqqında şəhadətnamə aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verə bilərlər.  Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə iki gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir. Borc varsa, tam ödənilməli və yalnız bundan sonra prosedurlar həyata keçirilməlidir.

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə təqdim etdikdən sonra məlumatları bir gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Vergilər Nazirliyinin müəyyən etdiyi formada  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir. Banklar hüquqi şəxslər üçün, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla). Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

Banklar hüquqi və fiziki şəxs­lərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin edirlər. Şəhadətnamə-dublikat iki hissədən ibarət olur. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə müvafiq qeydlər aparıldıqdan sonra vergi orqanına göndərilir. Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan sonra göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətinə həmin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə edilmədikdə geri alınır və hesabın açılmaması barədə bankdan daxil olmuş rəsmi məlumata əsasən, onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər aparılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.