700 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurİşəgötürən: Pzgroup

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Layla xanım
  • Telefon: (055) 971-83-26 / (012) 533-08-82
  • Əmək haqqı: 700 AZN

İş barədə məlumat

– Muhasibatlığa aid tələb olunan bütün sənədlərin vaxtı-vaxtında işlənib müdiriyyətə təqdim olunması
– İş qrafiki: saat 09:00-dan 18:00-dək; istirahət günü şənbə, bazar
– Nahar vaxtı: 13:00-dan 14:00-dək

Namizədə tələblər

– 1C. 8.2 mühasibat proqramında sərbəst işləmək bacarığı
– MS Excel proqramını bilməli
– E-Qaimə və E-VHF tərtib etməyi bilməli
– BTP – də Vergi hesbatlarını (bəyannamələri) və DSMF Hesbatlarını işləmək bacarığı

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək məcəlləsinin 66, 67 və 70-ci maddələrində dəyişikliklər edildi

posted in: Xəbər | 0
Əmək məcəlləsiAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; № 12, I kitab, maddələr 2187, 2189; 2018, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

1. 66-cı maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.”.

2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:

“Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.”.

3. 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Bakı Vergilər Departamentinə yeni rəis təyin edilib

posted in: Vergi, Xəbər | 0

Vergilər DepartamentiVergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə yeni təyinat olub.

Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin fevral ayının 2-də imzaladığı sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib.

Mənbə: apa.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnventarizasiya hansı hallarda məcburidir?

posted in: Xəbər | 0

İnventarizasiya

İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.

Maliyyə Nazirliyinin Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydalarına əsasən  Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması aşağıdakı hallarda məcburidir:

  • mühasibat uçotu subyektinin aktivləri satıldıqda, alındıqda, icarəyə və istifadəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil edildikdə;
  • mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı mühasibat uçotu subyektinin statusu dəyişildikdə tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə;
  • ümumilikdə mühasibat uçotu subyektinin mülkiyyət forması, mülkiyyətçisi, sərəncamçısı və təşkilati-hüquqi forması, habelə onun yerləşdiyi (qanuni istifadəsində olduğu) torpaq sahəsinin mülkiyyətçisi dəyişildikdə.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.