1200 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurVakansiya: Mühasib

Şirkət: “AAC” MMC

İş yeri: Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi

Əsas vəzifə və öhdəlikləri

• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının,   mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;

Tələblər olunan keyfiyyətlər

• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
• Mühasibatlıq üzrə 3 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
• Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
• Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
• Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
• Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
• Vergi qanununverciliyini mükəmməl bilmək;
• İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,istirahət günləri şənbə və bazar
• Şirkət hesabına nahar
• Əmək haqqı 1000-1200 AZN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – fotoşəkil ilə) hr@aac.azinfo@finstaff.azelektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində “Mühasib” sözünü qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi

posted in: Xəbər | 0

kadrVergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.

Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə mühasib tələb olunur

posted in: Xəbər | 0

mühasibİşəgötürən: Azwood

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Elçin
  • Əmək haqqı: 800-1000 AZN
  • Telefon: (012) 409-83-36

Kənd təsərrüfatı məhsullarının alqı satqısı zamanı Nağdsız hesablaşmalar necə tənzimlənir?

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalarSual: 1. İstehsal müəssisəsinin ştat cədvəli üzrə əmək haqqı alan işçisi müəssisə fəaliyyəti üçün bölgələrdən kənd təsərrüfat məhsulları alıb gətirir. Aldığı məhsulların dəyəri kifayət qədər yüksəkdir. Nağdsız ödəmə sistemləri olmayan satıcılardan alınan kənd təsərrüfat məhsullarının dəyəri, işçi tərəfindən nağd olaraq ödənilməsi məcburiyyəti yaranır. Bu zaman müəssisənin bank hesabından nağd vəsait çıxarılmasında və işçiyə təhtəl hesab kimi verilməsində hansı məhdudiyyətlər qoyulur? Əgər həqiqətən də, bu məbləğ aylıq kifayət qədər yüksək məbləğ təşkil edirsə.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2. Vergi uçotunda olmayan fiziki şəxs pərakəndə qaydada aldığı kənd təsərrüfat mallarını, qarşılıqlı razılaşma əsasında istehsal müəssisəsinə topdansatış formasında satır. Bu halda ödənişin nağd aparılması mümkündürmü? (Qeyd edək ki, fiziki şəxs alışları nağd qaydada həyata keçirib və aylıq məbləğ kifayət qədər yüksəkdir)

3. Həmin fiziki şəxsin kart və ya digər ödəniş hesablarına müəssisə tərəfindən köçürülən vəsaiti, fiziki şəxs bütövlükdə çıxarmaq istəyir (nağd aldığı məhsullara görə). Bu halda hansı məhdudiyyətlər qoyulur fiziki şəxs hansı vergi hesabatlarını verməlidir?

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsi nağd qaydada aparıla biləcək hesablaşmaların həddini müəyyən edərək həmin Qanunun 3.5-ci maddəsində göstərilən hesablaşmaları istisna edir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna belə, həmin Qanunun 3.5-ci maddəsində qeyd olunan hesablaşmalar, o cümlədən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu hər hansı məhdudiyyət qoyulmadan nağd qaydada aparıla bilər. Odur ki, müvafiq rəsmiləşdirmə aparılmaqla kənd təsərrüfatı məhsullarının vergi ödəyicisi olmayan şəxslərdən təhtəl şəxs vasitəsi ilə nağd qaydada alınmasına mövcud qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla yanaşı, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Bax: Vergi Məcəlləsinin 220.12-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.5-ci maddəsi.

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı isə artıq topdansatış fəaliyyəti hesab olunur. Onu da bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət artıq sahibkarlıq fəaliyyəti hesab olunur, bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna durmalıdır, vergi uçotuna alınarkən seçdiyi mükələfiyyətə uyğun olaraq müvafiq vergi öhdəliklərini yerinə yetirməlidir (ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış ola bilərsiniz).

Fiziki şəxs sahibkar olduğu halda müəssisə tərəfindən alınmış mallara görə ona edilən ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsində qeyd olunan həddlər daxilində nağd qaydada həyata keçirilə bilər. Fərdi sahibkarın isə vergi ödəyicisi olmayan kənd təsərrüfatı istehsalçılarından məhsullarının qəbulu hər hansı məhdudiyyət qoyulmadan nağd qaydada aparıla bilər. Fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra sərəncamında qalan pul vəsaitlərini öz şəxsi istehlak məqsədləri üçün istifadə etmək hüququndadır.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 33.1-ci, 33.4-cü və 34.1-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.