Polis şöbəsinin 2 qadın mühasibini polislər saxlayıb

posted in: muhasibat, Məqalə, Xəbər | 0

PolisMarks rayon polis şöbəsinin iki mühasibi 5 milyon rubl (135.000 manat) mənimsəyiblər..

Bir müddət əvvəl Marks rayon məhkəməsi hökm çıxarıb, Saratov vilayət məhkəməsi isə həmin hökmü qanuni hesab edib. Belə ki, söhbət DİN-nin rayon polis şöbəsinin mühasibləri tərəfindən pul vəsaitlərinin mənimsənilməsindən gedir.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

2015-cü ilin yanvar ayından 2015-ci ilin oktyabr ayına kimi 56 və 66 yaşlı əməkdaşlar öz rəisləri ilə – baş mühasiblə birlikdə polis  işçiləri üçün ayrılan əməkhaqqı vəsaitlərinin bir hissəsini ələ keçirmək məqsədilə cinayətkar plan hazırlayıblar. Dələduz əməkdaşlar saxta ödəniş cədvəlləri tərtib ediblər, eləcə də işçilərin adından saxta raportlar hazırlayıblar. Həmçinin ayrılan vəsaitləri özləri mənimsəyiblər, o səbəbdən ödəniş cədvəllərində imzaları da özləri atıblar. Beləliklə, saxta sənədlər vasitəsilə onlar kassadan beş milyon rubldan çox vəsait mənimsəyiblər. Nəticədə dələduz qadınlardan biri üç il, digəri isə dörd həbsə məhkum edilib…


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Analitik tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Analitikİşəgötürən: HR Recruitment Team

  • Şəhər: Bakı
  • Yaş: minimum 23 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat:
– Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması
– MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi
– Verilmiş qərarların, edilmiş dəyişiklişlərin hazırki biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
– Əmək haqqı: Razılaşma yolu ilə
Namizədə tələblər:
– Ali təhsil
– Maliyyə / Mühasibatlıq / İT / Pərakəndə satış / Bank sahəsində (bunlardan biri olsa kifayət edər) – ən azı 1 il iş təcrübəsi
– Microsoft Excel – professional səviyyədə biliklər
– Analitik düşüncə tərzi
– Data Analysis sahəsində iş təcrübəsi
– 1C bilikləriYuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Analitik” qeyd edərək CV formasını
manager.recruitret@gmail.com / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: muhasibat.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşə qəbul ilə əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olundu

posted in: Uncategorized | 0
İşə qəbulVergilər Nazirliyinin 1 dekabr 2017-ci il tarixli əmrinə əsasən, dövlət vergi orqanlarına işə qəbul ilə əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olundu

Müsabiqənin ümumi yekunları üzrə 132 nəfər namizəd müvəffəqiyyət qazanmışdır. Hər bir namizədin müsabiqənin yekunları üzrə qiymətləri 2 iş günüərzində onun şəxsi elektron ünvanına göndəriləcəkdir.

Ətraflı məlumat əldə etmək üçün namizədlər 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.

Mənbə: taxes.gov.az


Online satışı necə rəsmiləşdirməli??

posted in: Xəbər | 0

Online satışİnternet üzərindən onlayn sınaq imtahan satışını həyata keçirmək üçün mövcud hesab nömrəsinə ödənişlər edilərsə, həmin hesab nömrəsinə VÖEN açdırmaq olarmı? Ümumilikdə, onlayn  satışı tam rəsmiləşdirmək üçün hansı prosedurları keçmək lazımdır?

Sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış (qeydiyyat) yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmaq lazım­dır. Vergi uçotuna alınma kağız daşıyıcısında «Fiziki şəxsin vergi uçotu haqqında ərizə» və ona əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.

Vergi orqanına gəlmədən elek­tron qaydada da vergi uçotuna alınmaq mğmkğndğr. Elektron qey­diyyat gücləndirilmiş elektron imza (o cümlədən «ASAN imza») əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli olan hərəkətlər, habelə vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün «Sahibkarın vergi bələdçisi» bölməsində yerləşdirilən məlumatlarla tanış olmaq, əlavə suallar yarandıqda isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək olar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.