» » » Online satışı necə rəsmiləşdirməli??

Online satışı necə rəsmiləşdirməli??

posted in: Xəbər | 0

Online satışİnternet üzərindən onlayn sınaq imtahan satışını həyata keçirmək üçün mövcud hesab nömrəsinə ödənişlər edilərsə, həmin hesab nömrəsinə VÖEN açdırmaq olarmı? Ümumilikdə, onlayn  satışı tam rəsmiləşdirmək üçün hansı prosedurları keçmək lazımdır?

Sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış (qeydiyyat) yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmaq lazım­dır. Vergi uçotuna alınma kağız daşıyıcısında «Fiziki şəxsin vergi uçotu haqqında ərizə» və ona əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.

Vergi orqanına gəlmədən elek­tron qaydada da vergi uçotuna alınmaq mğmkğndğr. Elektron qey­diyyat gücləndirilmiş elektron imza (o cümlədən «ASAN imza») əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Biznes hesabi

Fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli olan hərəkətlər, habelə vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün «Sahibkarın vergi bələdçisi» bölməsində yerləşdirilən məlumatlarla tanış olmaq, əlavə suallar yarandıqda isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək olar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.