Sumqayıt Texnologiyalar Parkında Ödənişli Təcrübə Proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Ödənişli TəcrübəSumqayıt Texnologiyalar Parkı MMC iş təcrübəsi olmayan lakin öyrənməyə meyilli gənc və aktiv namizədlərin axtarışındadır. Uyğun namizədlər müəssisəmizin bir sıra departament və şöbələrinə (İR, Maliyyə, Satışa dəstək, Təchizat, Təsərrüfat və s.) yerləşdiriləcək və iş prosesi peşəkar əməkdaşlarımız tərəfindən öyrədiləcək.

Ümumi tələblər aşağıdakı kimidir:

  • Ali təhsilli (Universiteti yeni bitirmiş namizədlər arzuolunandır);
  • İngilis və ya Alman dillərindən sərbəst istifadə edə bilən;
  • Ofis proqramlarında (Word, Excel, PowerPoint) sərbəst istifadəçi;
  • Təqdimatlar etmə təcrübəsi arzuolunandır;
  • Tez öyrənməyə və daimi inkişafa meyilli olmalı.

Nə təklif edirik:

  • Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş prosesinin peşəkar kadrlar tərəfindən öyrədilməsi;
  • Sınaq müddəti dövrü üçün simvolik əmək haqqı;
  • Nahar;
  • Bakı və Sumqayıt şəhərlərindən nəqliyyat;
  • Korporativ nömrə.

Gələcək karyerasının fundamentinin əsaslarını möhkəm qurmaq və müəssisəmizlə birgə inkişaf etmək istəyirsinizsə, mövzu yerinə “Təcrübəçi-mütəxəssis” qeyd etməklə cv@stp.az / info@finstaff.az elektron ünvanına müraciət etməyiniz xahiş olunur.

Yalnız uyğun görülmüş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciətlərin çoxluğunu nəzərə alaraq ancaq email vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nikah müqaviləsi bağlanmalıdırmı?

posted in: Xəbər | 0
Nikah müqaviləsiNikah müqaviləsi bağlanmalıdır mı? (bağlanırsa, hansı şərtlər olmalıdır və nə vaxt bağlana bilər)
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, nikah müqaviləsinikah şəhadətnaməsini heç də eyniləşdirmək düzgün deyildir. Belə ki, nikaha daxil olma həyata keçirildiyi təqdirdə nikah şəhadətnaməsi təqdim edilir. Nikah müqaviləsi isə ər-arvad arasında yaranan və nikahla bağlı bütün münasibətləri tənzimləyən sazişdir.
Qanunvericiliyə əsasən nikah müqaviləsi dedikdə nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş başa düşülür.
Ailə Məcəlləsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Həmin müqavilədə həmçinin ər-arvadın əmlakının qanuni rejimi də qeyd edilə bilər. Daha dəqiq desək həmin müqavilədə nikah dövründə əldə olunacaq əmlakın hansı qaydada mülkiyyətə keçəcəyi, kimin istifadəsində olacağı və s şərtlər öz əksini tapacaqdır.
Onu da xatırladaq ki, nikah müqaviləsi nikah şəhadətnaməsindən fərqli olaraq nikahın dövlət qeydiyyatından əvvəl və ya sonra bağlana bilər.
Müqavilə hansı qaydada bağlanmalıdır?
Qanunvericiliyə görə nikah müqaviləsi yazılı qaydada bağlandığı və notarial təsdiqləndiyi təqdirdə qüvvəyə minir. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin nikaha xitam verildiyi təqdirdə müqaviləyə də xitam verilmiş hesab edilir.
Nikah müqaviləsində hansı şərtlər olmalıdır?
Nikah müqaviləsində məqsədəuyğundur ki, nikah dövründə və nikaha qədər əldə olunmuş əmlakın statusu, nikaha xitam verildiyi təqdirdə əmlakın bölüşdürülməsi qaydası, uşaqların statusu, nikaha xitam verildikdən sonra uşaqların harada qalması, təminatı, alimentin məbləği, saxlanma xərcləri və digər şərtlər qeyd edilə bilər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, son 10 ilin rəsmi statistikasına diqqət yetirdikdə nikahların sayının azalmasını, boşanmaların sayının isə artmasını görə bilərik.
Belə ki, 2007-ci ildə 81758 nikah qeydə alınmış olsa da, 2016-cı il üçün bu rəqəm 66771 nikah olaraq qeydə alınmışdır.
Bununla yanaşı 2007-ci ildə 8340 boşanma halı müəyyən edilsə də, 2016-cı il üçün bu rəqəm 13114 boşanma halı olaraq qeydə alınıb.
Boşanmaların artması məhkəmə mübahisələrinin yaranmasına, aliment və əmlak bölgüsü kimi mübahisələrin çoxalmasına, uşaqların müəyyən məhrumiyyətlərlə qarşılaşmasına və bir sıra çətinliklərə səbəb olur ki, nikah müqaviləsi də bu çətinliklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Maliyyəçi-Mühasib tələb olunur

Maliyyəçi-MühasibVəzifə: Maliyyəçi-Mühasib

İşəgötürən: Mumuso Azerbaijan

Yaş: 25-36
Cinsi: Xanım
Əmək haqqı: 800-1000 AZN

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Namizədə dair tələblər:

– 1C.8.3 Mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir (uçotun aparılması)
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Bank, kassa əməliyyatlarının kontrolu və uçotu
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Ödəniş tapşırıqlarının yazılması;
– Qeyd olunanların uçotunun aparılması və 1C 8 programına işlənməsi
– Müdiriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
– MS Excel proqramını bilməli
– Azərbaycan və Rus dillərində danışıq qabiliyyəti
– Ciddi və məsuliiyətli
– Kolektivdə işləmə bacarığı
– İşdə dəqiqlik
– Məsuliyyət, inkişafa meyillilik

İşin təsviri:

– İş yeri 28 May metrosunun yanı
– Həftədə 1 istirahət günü
– Rəsmi qeydiyyat

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd:

Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi göstərilən e-mail ünvana göndərə bilərsiniz. Məktubun mövzusunda hansı iş üçün müraciət etdiyinizi qeyd etməyiniz mütləqdir.
mumuso@inbox.ru / info@finstaff.az

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkə aviasiya vergisi tətbiq etmək niyyətindədir

posted in: Vergi, Xəbər | 0

aviasiyaNiderland aviasiya vergisi tətbiq etmək niyyətindədir


Hökumət 2021-ci ildən aviasiya daşımaları üçün yeni vergi tətbiq etməklə bağlı ictimaiyyətlə məsləhətləşmə kampaniyası keçirir. İyulun 5-dən başlayan iki aylıq məsləhətləşmələr zamanı hava nəqliyyatına vergi tətbiq etməyin bir neçə variantı, o cümlədən ya nəqliyyat vasitəsinə, ya da sərnişinlərə tətbiq ediləcək yerli vergilər nəzərdən keçirilir. Məsləhətləşmələr zamanı aviasiya vergilərinin Avropa İttifaqı səviyyəsində tətbiqi imkanları da nəzərdən keçirilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hökumətin təkliflərinə uyğun olaraq, sərnişinlərdən tutulan milli vergi Avropa İttifaqının hüdudları daxilindəki uçuşlar üçün 3,8 avro, qitələrarası uçuşlar üçünsə 22 avro təşkil edəcək. Dövlət rəsmilərinin mövqeyinə görə, bu tədbir büdcə gəlirlərinin 200 milyon avroya yaxın artmasına səbəb olacaq.  Açıqlamada bildirilmişdir ki, bu vergidən əldə olunan vəsaitlərdən ayrı-ayrı şəxslərin və müəssisələrin vergi yükünün azaldılması, eləcə də ətraf mühitin mühafizəsi təşəbbüslərinin maliyyələşdirilməsi üçün istifadə ediləcək.

Niderland hökuməti bu il ən məqbul variant əsasında qanun layihəsi tərtib etmək və yeni aviasiya qanununun tətbiqi üçün qanunvericilik bazasının yaradılmasına başlamaq niyyətindədir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.