Niderland aviasiya vergisi tətbiq etmək niyyətindədir
Hökumət 2021-ci ildən aviasiya daşımaları üçün yeni vergi tətbiq etməklə bağlı ictimaiyyətlə məsləhətləşmə kampaniyası keçirir. İyulun 5-dən başlayan iki aylıq məsləhətləşmələr zamanı hava nəqliyyatına vergi tətbiq etməyin bir neçə variantı, o cümlədən ya nəqliyyat vasitəsinə, ya da sərnişinlərə tətbiq ediləcək yerli vergilər nəzərdən keçirilir. Məsləhətləşmələr zamanı aviasiya vergilərinin Avropa İttifaqı səviyyəsində tətbiqi imkanları da nəzərdən keçirilir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Hökumətin təkliflərinə uyğun olaraq, sərnişinlərdən tutulan milli vergi Avropa İttifaqının hüdudları daxilindəki uçuşlar üçün 3,8 avro, qitələrarası uçuşlar üçünsə 22 avro təşkil edəcək. Dövlət rəsmilərinin mövqeyinə görə, bu tədbir büdcə gəlirlərinin 200 milyon avroya yaxın artmasına səbəb olacaq. Açıqlamada bildirilmişdir ki, bu vergidən əldə olunan vəsaitlərdən ayrı-ayrı şəxslərin və müəssisələrin vergi yükünün azaldılması, eləcə də ətraf mühitin mühafizəsi təşəbbüslərinin maliyyələşdirilməsi üçün istifadə ediləcək.
Niderland hökuməti bu il ən məqbul variant əsasında qanun layihəsi tərtib etmək və yeni aviasiya qanununun tətbiqi üçün qanunvericilik bazasının yaradılmasına başlamaq niyyətindədir.
Mənbə: vergiler.az