Sumqayıt Texnologiyalar Parkı MMC iş təcrübəsi olmayan lakin öyrənməyə meyilli gənc və aktiv namizədlərin axtarışındadır. Uyğun namizədlər müəssisəmizin bir sıra departament və şöbələrinə (İR, Maliyyə, Satışa dəstək, Təchizat, Təsərrüfat və s.) yerləşdiriləcək və iş prosesi peşəkar əməkdaşlarımız tərəfindən öyrədiləcək.
Ümumi tələblər aşağıdakı kimidir:
- Ali təhsilli (Universiteti yeni bitirmiş namizədlər arzuolunandır);
- İngilis və ya Alman dillərindən sərbəst istifadə edə bilən;
- Ofis proqramlarında (Word, Excel, PowerPoint) sərbəst istifadəçi;
- Təqdimatlar etmə təcrübəsi arzuolunandır;
- Tez öyrənməyə və daimi inkişafa meyilli olmalı.
Nə təklif edirik:
- Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş prosesinin peşəkar kadrlar tərəfindən öyrədilməsi;
- Sınaq müddəti dövrü üçün simvolik əmək haqqı;
- Nahar;
- Bakı və Sumqayıt şəhərlərindən nəqliyyat;
- Korporativ nömrə.
Gələcək karyerasının fundamentinin əsaslarını möhkəm qurmaq və müəssisəmizlə birgə inkişaf etmək istəyirsinizsə, mövzu yerinə “Təcrübəçi-mütəxəssis” qeyd etməklə cv@stp.az / info@finstaff.az elektron ünvanına müraciət etməyiniz xahiş olunur.
Yalnız uyğun görülmüş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciətlərin çoxluğunu nəzərə alaraq ancaq email vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.