Gilan Holding təcrübə proqramı elan edir

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

təcrübə proqramıVəzifə: Maliyyə Departamentində Təcrübəçi

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Dillər:

Azərbaycan: Ana dili

İngilis: Əla

Rus: Əla

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddə tələblər:

  • Maliyyə ixtisaslı 4 illik ali təhsilli tələbələr və ya ali təhsilini bitirmiş şəxslər
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dilləri biliyi
  • MS ofis proqramlarının istifadəçisi
  • ACCA F2,F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır
  • Qısa müddətdə öyrənmək bacarığı

Sön müraciət tarixi: 20.08.2018

Mənbə: gilanholding.com

Müraciət etmək üçün bu linkə daxil olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib İşəgötürən: FAB Boya və Kimya Sənayesi MMC

Vəzifə: Baş mühasib

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Pərvin Mirzəyeva
İş barədə məlumat:
– Mühasibat uçotunun müəssısədə təşkili
– Təsərrüfat əməliyyatlarının ucotda düzgün əks olunması
– Pul vəsaitlərinin hərəkətinin ucotu (bank və kassa əməliyyatları)
– İdxal olunan xammal ,mallar, əsas vəsaitin düzgün mədaxili və ucotu
– Xarici və daxili debitor və kreditor borclarınınn ucotuna nəzarət
– Vergi, DSMF, məşğulluq, statistika orqanlarına aylıq, rüblük, illik hesabatların tərtib olunması və vaxtında təqdim olunması
Namizədə tələblər:
– Yaş: 25-45
– Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
– İş təcrübəsi ən azı 3-5 il
– Dil bilikləri- azərbaycan dili (əla), rus (yaxşı)
– Kompüter biliyi: 1C,micro, MS Office proqramları (Word, Excel, Power Point)
– Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
Qeyd: Şəkilli “CV”-nizi mövzu yerinə Baş Muhasib yazaraq cv@fabboya.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: muhasibat.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: Gens Elektrik

  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Nəzakət xanım
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat:
– Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Debitor və kreditor hesablaşmalar
– Əmək haqqı hesablanması
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş yerləri tikinti sahəsindədir
– İş rejimi 09:00-dan 19:00-dək kimidir
– İstirahət günləri bayram və bazar günləridir
– Nahar və servis şirkət tərəfindən təmin olunur
– Aylıq əmək haqqı 400-500 manat təşkil edir
Namizədə tələblər:
– Yaş: 21 -30 yaş
– Ali təhsil (riyazi və iqtisadi sahədə ali təhsilli olması önəmlidir)
– Azərbaycan dilini sərbəst bilməli (seçim zamanı xarici dil biliyi olanalara üstnülük verilir)
– Seçim zamanı mühasib kimi istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
– MS/office, 1C, Outlook, (word,exsell) proqramlarını bilməsi vacibdir
– Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı
– Mühasib kimi 1-3 il bu sahədə təcrübənin olması vacibdir
– Kollektivə uyğunlaşmalı və şirkətin iş rejimlərinə ciddi riayyət etməli
– Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli
– Vergi və əmək məcəlləsini bilməli

Mənbə: muhasibat.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünyanın ən bahalı valyutaları

posted in: Məqalə, Xəbər | 0

valyutaDünyanın ən bahalı valyutaları

Dünyada ən bahalı valyuta hansılardır?

Son illərdə dünyada bu sahədə Küveyt dinarı liderlik edir.

  1. Küveyt dinarı

Küveyt – İran körfəzi sahilində böyük neft və qaz ehtiyatları olan kiçik dövlətdir. Milli valyuta öz adını Roma imperiyası dövründə dövriyyədə olan sikkənin adından götürüb. Müasir dövrdəki Küveyt dinarı 1996-cı il aprelin 1-də dövriyyəyə buraxılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  1. Bəhreyn dinarı

İkinci yerdə Bəhreyn dinarı qərarlaşıb. Bəhreyn – kiçik ada dövlətdir, monarxiya quruluşuna malikdir. Artıq 10 ildir ki, dinar sıx şəkildə ABŞ dollarına bağlanıb. Dinarın kursu tamamilə amerikan valyutasının kursundan asılıdır.

  1. Oman rialı

Oman dünyanın ən qədim dövlətlərindən biridir, bu dövlətin adı hələ VII əsrdə xalqı idarə etmiş ilk şeyxlərin sülaləsindən götürülüb. Oman rialı min bayzdan ibarətdir. Oman rialı da güclü şəkildə ABŞ dolları ilə əlaqəlidir.

  1. İordaniya dinarı

Reytinq üzrə dördüncü yerdə İordaniya dinarı – milli valyutası dayanır. Dövlət inkişaf edib və maliyyə planında da çox güclüdür. Ölkə iqtisadiyyatı tam şəkildə sənayeyə və kənd təsərrüfatına əsaslanır. İordaniya dinarı digər bahalı valyutalar kimi güclü şəkildə ABŞ dollarının kursundan asılıdır.

  1. Böyk Britaniya funt sterlinqi

Reytinqdə beşinci yerdə funt sterlinq – Böyük Britaniyanın valyutası qərarlaşıb. Funt həmçinin ən populyar dünya valyutalarının top yeddiliyinə daxildir. Funt sterlinqin ilk əskinasları 1694-cü ildə çap olunaraq dövriyyəyə buraxılıb.

  1. Kayman adaları dolları

Kayman adaları Britaniya ərazisi hesab olunur və Karib dənizində yerləşir. Hazırda Kayman adaları – bu ada, ən məşhur və populyar ofşor zonalarından biridir. Kayman dolları dövriyyəyə 1972-ci ildə dövriyyəyə buraxılıb. O, daha çox funt sterlinqə bağlı valyutadır.

  1. Avro

Avrozonaya daxil olan 17, daxil olmayan 9 dövlətin valyutası hesab olunur. Avrovalyuta dünya ictimaiyyətinə 1999-cu ildə nümayiş etdirilib. Bu günkü gündə də avro Avropa bazarında öz stabil mövqeyini qoruyub saxlamaqdadır.

  1. İsveçrə frankı

İsveçrə haqlı olaraq bir neçə qürurlu ad daşıyır. İsveçrə ən stabil və dünyanın ən varlı dövlətlərindən biridir. Ölkənin bank sistemi artıq neçə yüzilliklərdir ki, ən möhkəm və dayanıqlı bir sistem kimi tanınır. İsveçrə frankı isə etibarlı valyuta hesab olunur.

  1. ABŞ dolları

Amerikan valyutası dünyada ən populyar valyuta hesab olunur. Dünyada mal, məhsullar və xidmətlərə görə ödənişlərin 50 faizindən çoxu bu valyutada həyata keçirilir. Neft bazarında isə bütün sövdələşmələr, alış və satış tam şəkildə dollarla parılır.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.