Vergilər Nazirliyi alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizəni davam etdirir

posted in: Vergi, Xəbər | 0

alkoqollu içkilərAlkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı vergi sistemi qarşısında duran prioritet məsələləri müəyyən edərək, vergi qanunvericiliyinə əməl olunmasının vacibliyi, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergidən yayınma hallarına son qoyulması və qaçaqmalçılığın qarşısının alınması sahəsində qətiyyətli tədbirlərin həyata keçirilməsi zərurətini vurğulayıb.

Qarşıya qoyulan vəzifələrin icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr müəyyənləşdirilib. Əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas verir ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir. Bu səbəbdən, Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ağsu rayonu ərazisində fəaliyyət göstərən “Qradus 40” MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən “Fidan” istehsalat müəssisəsində, həmçinin paytaxtda və regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi nəzarəti tədbirləri keçirilib. Yoxlamalar zamanı “Qradus 40” MMC-nin istehsal obyektində 136.624 ədəd, “Fidan” istehsalat müəssisəsində 247.826 ədəd, topdansatış obyektlərində və anbarlarda isə 342.721 ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib. Bununla yanaşı, aparılmış nəzarət tədbirləri zamanı “Fidan” istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib. Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və “qara mühasibatlıq” sənədləri götürülüb.

Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır.

Aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır.

Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz – nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib.

Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırlır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.

Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir.

Mənbə: vergiler.az

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət

posted in: Xəbər | 0

Fərdi sahibkarlıqÖlkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zəruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində mühüm addımlar atılır. İndiyədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yenicə başlamaq istəyənlərlə vergiləri və sosial sığorta ayırmalarını hesablamaq və ödəmək, vergi və mühasibat uçotunu aparmaq kimi məsələlərlə bağlı çoxlu maarifləndirici görüşlər, seminar və treninqlər təşkil edilib. Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinə məsləhət xidmətləri göstərilir. Bununla belə, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı proseduru ilə bağlı suallar aktuallığını itirmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

VÖEN-in açılması

Fiziki şəxs vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqdan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs fərdi sahibkar kimi, yəni hüquqi şəxs yaratmadan gəlir əldə etmək məqsədilə müstəqil qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə fəaliyyət göstərə bilər.

Bəs ilk dəfə fərdi sahibkar kimi fəaliyyətə başlamaq istəyənlər vergi orqanlarında qeydiyyatdan keçmək üçün nə etməlidir? Fərdi sahibkar kimi fəaliyyətin rəsmiləşdirilməsi sahibkarlıq fəaliyyətinə başlayan şəxsin (vergi qanunvericiliyində belə şəxslər «fiziki şəxs» adlandırılır) rəsmi qeydiyyatı öz adına VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmaqdan başlayır. Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən «ASAN imza») əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. «ASAN imza» sertifikatlarının verilməsi «ASAN xidmət» mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. «ASAN imza» üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan («Azercell», «Bakcell», «Nar Mobile») «ASAN imza» SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Bu sənədlərə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanılması üçün ərizə, «e-təmsilçi» qismində tanınma barədə ərizə, «ASAN imza» SİM kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Rəqəmsal ID kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə və digərləri daxildir. Bu sənədlərin hər biri «ASAN xidmət» mərkəzlərində elektron qaydada hazırlanır. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə «ASAN xidmət» Mərkəzi arasında yazılı müqavilə bağlanılır və müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda ona təqdim edilir.

İlk dəfə sahibkarlıq fəaliyyətinə başlayan şəxs yerli vergi orqanına müraciət etməklə də qeydiyyata alına və VÖEN şəhadətnaməsi əldə edə bilər. Bunun üçün həmin şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) «Fiziki şəxsin vergi uçotu haqqında ərizə» və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer (şəxsiyyət vəsiqəsində göstərilən) üzrə vergi orqanına və ya onun əhatə dairəsinə aid müvafiq vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlidir. Tələb olunan sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır.

Beləliklə, cəmi 6 addımla sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək və ən qısa müddətdə VÖEN şəhadətnaməsini almaq mümkündür:

VÖEN almaq üçün ərizənin doldurulması

¯

Ərizənin vergi orqanına təqdim olunması

¯

Məlumatların ilkin yoxlanılması

¯

Ərizənin məlumat bazasına işlənilməsi

¯

Fiziki şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin hazırlanması

¯

Şəhadətnamənin vergi orqanından alınması.

Fiziki şəxs vergi orqanında uçota alındıqdan və VÖEN şəhadətnaməsini əldə etdikdən sonra Vergilər Nazirliyinin göndərdiyi məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınmalı və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi sahədən əldə etdiyi gəlirdən dövlətə vergi və sosial sığorta ödəməlidir. Vergilərin həcmi aylıq gəlirin (əməkhaqqı, xidməthaqqı və s.) 4 faizini (regionlarda 2 faizini), DSMF-yə ödənilən sosial sığorta ödənişlərinin məbləği isə sahibkarın hansı regionda fəaliyyət göstərməsindən asılı olmayaraq, 23 manat 20 qəpik təşkil edir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aparıcı mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı mühasibİşəgötürən: Dövlət qurumu

Vəzifə: Aparıcı mühasib

Təhsil: Ali təhsil (maliyyə/iqtisadi);

Xüsusi biliklər: Büdcə və maliyyə idarəetməsi prosesləri, Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər, avtomatlaşdırılmış sistemdə iş təcrübəsi.;

Təcrübə: 2 ildən çox analoji iş təcrübəsi.

Dil bacarığı: Səlis azərbaycan dili, rus dili və ya ingilis dili bacarığı (arzu olunandır);

Kompüter bacarığı: MS Office proqramları;

Digər bacarıqlar: Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, müxtəlif struktur bölmələr çərçivəsində  kolleqalarla əməkdaşlıq etmək bacarığı.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə recruitmenthrbaku@gmail.com / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AMB uçot dərəcəsini dəyişməz saxlayıb

posted in: Bank, Xəbər | 0

uçot dərəcəsiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, daha sonra isə 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması, daha sonra 2018-ci il iyunun 14-də uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib.

E. Rüstəmov bildirib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərar oktyabr ayında açıqlanacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.