Hüquqlarının müdafiəsi üçün hər bir işçinin bilməli olduqları

posted in: Xəbər | 0

işçiBu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

  •  İsti hava şəraiti zamanı işçilərin təminatları

İşəgötürən hava temperaturu isti və ya soyuq olan iş yerlərində müvafiq olaraq normal iş şəraitinin qurulmasını təmin etməlidir. Həmçinin hava temperaturu 41 C olan günlərdə açıq şəraitli iş yerlərində daimi fasilələr verilməli, iş vaxtı dayandırılmalıdır. Dayandırılma halında işçinin əmək haqqına heç bir təsir edəcək azalma edilə bilməz.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
  • 15 yaşına çatmayan işçiyə görə məsuliyyət.

15 yaşına çatmayan işçini işə cəlb etmək inzibati qaydada məsuliyyət müəyyən edir. Bu halda işəgötürən vəzifəli şəxs 1000-1500 AZN, hüquqi şəxs isə 3000-5000 AZN-dək məbləğdə cərimə olunur.

  •  Minimum əmək haqqından aşağı əmək haqqı verilərsə, cəriməsi var mı?

İşəgötürən illik müəyyən edilmiş məbləğdən aşağı əmək haqqı verilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət inzibati qaydada vəzifəli şəxsin məsuliyyəti kimi özünü büruzə verir və vəzifəli şəxs 1000-1500 AZN-dək məbləğdə cərimə edilir. Nəzərə almaq lazımdır ki, sırf işçiyə 2010-cu ildə bağlanmış müqavilədə göstərilən minimum əmək haqqı məbləği sonrakı illər üçün də mütləq dəyişdirilməlidir.

  • Əmək kitabçası açılması vaxtı

İşəgötürən 5 gündən artıq işləyən işçi üçün müvafiq qaydada əmək kitabçası açılmalı və kitabçada qeydlər aparmalıdır. Əgər bu kitabça müəyyən edilmiş qaydada açılmazsa, vəzifəli şəxslər 500-1000 AZN-dək məbləğdə cərimə edilir.

Yeni əlavələr hər dəfə qeyd olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək Kitabçalarının dövriyyədən nə vaxt çıxarılacağı məlum oldu

posted in: Xəbər | 0

Əmək kitabçasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız “ASAN imza”dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, ölkəmizdə fərdi uçot sistemi 2006-cı ildən tətbiq olunur. Onun sözlərinə görə, bu sistem pensiya təyinatı zamanı məhz həmin dövrdən sonrakı əmək stajını müəyyən etmək üçün baza rolunu oynayır: “2006-cı ilədək olan dövr üçün sığorta stajının müəyyən edilməsi isə əmək kitabçaları əsasında həyata keçirilir. 2006-cı ilədək əmək stajı olan vətəndaşların hər birinə pensiya təyinatı aparıldıqdan sonra  bu kitabçalar dövriyyədən çıxarılacaq”.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Artıq sığorta kartlarının çap edilməsinə lüzum qalmadığını diqqətə çatdıran ƏƏSMN rəsmisi qeyd edib ki, nazirliyin aidiyyəti vətəndaşlara dair elektron məlumat bazaları fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə formalaşır: “Bu bazalar Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasına inteqrasiya olunduğu üçün istənilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə ona aid olan fərdi hesab məlumatlarına çıxış imkanı mövcuddur. Ona görə də sosial sığorta kartı artıq çap etdirilmir”.

DSMF-yə bəyannamələri vermək üçün yalnız ASAN imzanın tələb olunması fikri ilə əlaqədar F.Talıbov bildirib ki, 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Kollegiya Qərarına əsasən sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına  kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən  və elektron imza ilə təsdiq olunmuş sənəddir. Nazirliyin “Elektron Hökumət” portalında sığortaedənlərə təqdim etdiyi xidmətlərdən istifadə olunması üçün gücləndirilmiş elekton imzadan istifadə edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən elektron imzalar və Asan imza gücləndirilmiş elektron imzalardır. Yalnız ASAN imzanın istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

Mənbə: muhasibat.az

Sən niyə heç vaxt varlı olmayacaqsan?!

posted in: Məqalə, Xəbər | 0

varlıBuna 10 səbəb var

1-ci hissə

Sən hazırda bu yazını oxuyur və düşünürsən ki, bu sənə aid deyil. Ola bilsin ki, sən maliyyə cəhətdən uğurlu birisən. Bu təkcə səninmi xidmətindir? Əminsənmi ki, bu səbəblərdən heç biri sabah səninlə pis zarafat etməyəcək?

Məqalə motivasiya-provokasiya stilində yazılıb. Müəllif beyninizdə oyanacaq “tarakanlara” görə məsuliyyət daşımır.

  1. Sən şikayətlənirsən və ya arzulayırsan, amma heç nə etmirsən

Səndə bir şey alınmamasından nə qədər söz açacaqsan?! Sən həqiqətən düşünürsən ki, bu kimisə maraqlandırır? İş yerini dəyişdirmək istəyirsən, onda dəyişdir. Harada daha yaxşı əmək haqqı verirlər, onu axtar tap, kabinetdə olmasa, zirzəmidə axtar tap.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  1. Ölçü hissi – bu sənin barəndə deyil

15 km yerinə, ezamiyyət zamanı daha 50 km qət etdiyin haqqda necə yaza bilirsən axı? Yaxşı, bir dəfə bunu etmisənsə heç. Belə demək mümkünsə, səhvə yol vermisən. Lakin, sistemli olaraq başqalarını axmaq yerinə qoymaq olarmı? Bu gec-tez üzə çıxacaq axı.

Yaxşı, əgər sən tək onları aldatmısansa bu heç. Axı, sən daim özünü də aldadırsan. “Dostlarla daha bir siqaret çəkib, sonra evə gedib yatmaq” bir qutu siqaret və pivə dalınca getmək kimi bir nağıla çevrilir.

  1. Sən oxumağın nə olduğunu unutmusan

Xatırla, mopedin üzərində qurdalanmaq necə xoşuna gəlirdi. Sən buna görə dəfələrlə böyük qardaşından zərbə yesən də, yenə də bu işdən əl çəkmirdin. Bəs indi necə? Sən hətta routerin təlimatına baxmağa belə ərinirsən. Wi-Fi sazlamaq üçün qonşudan xahiş edirsən, bundan ötrü hətta ona pul da ödəyirsən. İki saat vaxtını sərf edib, iş yerində YouTube-da bununla bağlı addım-addım videoya bax və özün onu sazla.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
  1. varlıTənbəllik səndən əvvəl doğulub

Sən işləyirsən. Saat 9:00-dan 18:00-dək namusla işləyirsən. Ona görə düşünürsən ki, evə gəldikdən sonra heç nə etməməyə sənin haqqın çatır. Qoy evdə həyat yoldaşım işləsin. O ki, sənin tək işləmir. Bax, o səbəbdən siz yalnız sənin maaşına yaşayırsınız, onun da üçdə biri icarəyə gedir.

Əgər, siz ikiniz də işləsəydiniz, ev işlərini də öz aranızda bölüşdürərdiniz. Belə etsəydiniz, xeyli məbləğ toplaya bilərdiniz. Amma, arvadın da sənin kimi tənbəldir. O səbəbdən siz beş ildir ki, kirayədə yaşayırsınız. Bu zaman isə sənin gələcək qayınanan nənəsindən cehiz kimi yeganə nəvəsinə qalan mənzili kirayəyə verir. Bu pullar hara gedir? Daha zəhmətsevər qayınına, hansı ki, kirayədən əvvəl mənzildə kosmetik təmir işləri aparıb. Sənin əllərin isə heç bir işə yararsızdır, sən yorulmusan.

  1. Sənin ətrafında olanlar uğursuzlardan ibarətdir

Bir ətrafına bax. Səni kimlər əhatə edir? Kiçik oğurluqlara görə ilişməməyi arzulayan işdəki həmkarların. İçkiyə görə daim borc istəyən qonşu. Həyatını dəyişdirməklə bağlı istənilən cəhdin onlar tərəfindən gülüşlə qarşılanacaq. Birdən sənə daha çox qazanmaq müyəssər olarsa?! Sən onların uğursuz olduqlarını xatırladan canlı nümunəyə çevriləcəksən. Nə qədər ki, sən də onlar kimisən, gülüş obyektinə çevrilməyəcəksən. Axı, onlarda da təkəbbürlülük elə səndə olan qədərdir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fəaliyyət dayanan zaman mal qalığının silinməsi üçün necə və hara müraciət etməli?

posted in: Vergi, Xəbər | 0

mal qalığıSual: Mən 2017-ci ilin mart ayının 10-dək sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərmişəm. 2017-ci ilin mart ayında sahibi olduğum mağaza dövlət ehtiyacları üçün alınması haqqında göstərişlə bağlı sökülüb. Mən bu barədə vergi orqanlarına xəbər verib nəzarət-kassa aparatını təhvil verib fəaliyyətimi dayamdırmışam. Sualım budur ki, mağazada olan mal qalığının silinməsi üçün hara müraciət etməliyəm?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda vergi orqanına təqdim olunan “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış”ın “Mal qalığı” adlı 4.5.1-ci sətrində fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin qalıq dəyəri (manatla) göstərilir. Eyni zamanda, vergi ödəyicisi bu vergi üzrə fəaliyyətin dayandırılması ilə əlaqədar “Sadələşdirilmiş verginin bəyannaməsi”ni Əlavələri ilə birlikdə təqdim etməli və bəyannamənin 1 saylı əlavəsinin “Mallar” adlı 1.3.2-ci sətrində hesabat dövrünün sonuna sütununda müvafiq məlumatları əks etdirməlidir. Həmçinin, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq Maliyyə Nazirliyinin vəzifələrinə aid edildiyindən aktivlərin silinməsi ilə bağlı ətraflı məlumat əldə etmək məqsədi ilə aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanlarla bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinəmüraciət edə bilərsiniz.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nə Əlavə №– 1-in (Fiziki şəxslər üçün) doldurulması Qaydası”, Vergilər Nazirliyinin 12.01.2016-cı il tarixli əmri ilə təsdiq edilmiş «Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış» formasının doldurulması Qaydası”, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.