Satınalmalar üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Satınalmalar üzrə mühasibSatınalmalar üzrə mühasib tələb olunur


İşəgötürən: Delta Group

Təcrübə müddəti: 1-3 il
Təhsil: Ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar: Mühasibatlıq üzrə baza məlumatlar
Dil Bilikləri: Azərbaycan dili, İngilis dili
Kompyuter Bilikləri: Mc Office

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifə funksiyaları:

– Yolda olan sifarişlərin izlənilməsi
– Verilmiş sifarişlərin düzgünlüyünün yoxlanılması
– İdxalat paketinin proqrama giriş edilməsi (və sənədlərin arxivləşdirilməsi)
– Bütün təminatçıların hesablarının müntəzəm olaraq yoxlanılması və üzləşdirilməsi
– Ticari malların idxalat və alışı ilə bağlı digər əməliyyatlar

Əmək haqqı: 500-700 Net
İş qrafiki: 5 gün
Yaş həddi: 23-35 yaş
İş yeri: Sumqayıt şəh. (Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini hr@delta-group.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satınalmalar üzrə mühasib” qeyd edilməsi xahiş olunur.

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə proqramı

posted in: Maliyyə, Xəbər | 0

Təcrübə İmkanıAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə İmkanı


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Təcrübəçiyə dair tələblər:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Özünü daim inkişaf etdirməli, innovativ olmalı;

Analitik düşünmə qabiliyyəti olmalı;

Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Kompüter və ingilis dili bilikləri;

Təcrübə proqramına müraciət:

Müraciətlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

  • Hüquq
  • Bank fəaliyyətinə nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Kapital bazarına nəzarət
  • Ödəniş sistemlərinə nəzarət
  • Risklər üzrə
  • Prudensial siyasət və metodologiya
  • Maliyyə
  • İnsan resurslarının idarəedilməsi

Seçim mərhələləri:

  1. Məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər;
  2. Namizədlərdən daxil olmuş müraciətlərin uyğunluğu nəzərdən keçirildikdən sonra ilkin olaraq test imtahanına sonrakı mərhələdə isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
  3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə başlanılır.

Proqrama iştirak etmək istəyən namizədlər CV-lərini 22 iyul 2018-ci il tarixinədək internship@fimsa.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: www.fimsa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Azərbaycanda 250 milyon dollar vergi ödəyən şirkət

posted in: Vergi, Xəbər | 0

vergi“Coca-Cola” şirkəti Azərbaycanda fəaliyyət göstərməyə başlayandan ötən ilin sonuna qədər dövlət büdcəsinə 250 mln. ABŞ dolları məbləğində vergi ödəyib.

Bu barədə jurnalistlərə açıqlamasında şirkətin Qafqaz regionu üzrə yeni meneceri, əslən Rumıniyadan olan Adrian Çernautan deyib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, o, vəzifə səlahiyyərlərinin icrasına bu il iyulun 1-dən başlayıb. A.Çernautanın sözlərinə görə, təmsil etdiyi şirkət indiyə qədər Azərbaycandakı biznesinə 150 mln. dollar investisiya yatırıb. “Düşünürəm ki, Azərbaycan Qərb ölkələrinə nisbətən daha böyük inkişaf potensialına malikdir”, – deyə o, qeyd edib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əməkdaşlarının 1 həftəlik istirahəti üçün 10 milyon dollar xərcləyən milyarder

posted in: Xəbər | 0

milyarderMilyarder öz əməkdaşlarının Türkiyədə həftəlik istirahətinə 10 milyon dollar xərcləyib

Milyarder Dilip Şanqvi (“Hindistanın əczaçılıq kralı”) öz əməkdaşlarının İstanbulda bir həftəlik istirahətinə 10 milyon dollar pul xərcləyib.

Ən yaxşı əməkdaşların illik mükafatlandırılması çərçivəsində biznesmen İstanbula istirahət etmək üçün 3,5 min nəfər işçi yola salıb. Komanda ilə birlikdə aşpazlar da göndərilib. Onlardan ötrü Şanqvi şəhərin ən zəngin otellərində ən bahalı nömrələri bron edib. Müqavilənin bu şərti qəbul edən şirkətlər üçün ən mürəkkəb hissə olub. Belə ki, şəhərdəki otellərdə eyni gün üçün bahalı lüks nömrələr tapmaq çox çətin bir məsələdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hindistanlılar üşün İstanbulun görməli yerlərinə xüsusi əyləncəli və ekskursiya səfərləri təşkil ediləcək. Bundan əlavə, Şanqvi İstanbulda öz işçilərinin bütün xərclərini də öz üzərinə götürüb: həftə ərzində onlar burada ümumilikdə 1 milyon dollar məsrəf edə bilərlər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.