Satış üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Satışİşəgötürən: Delta Group

Vəzifənin adı: Satış üzrə mühasib

Təcrübə müddəti: 1-3 il
Təhsil: Ali təhsil
Dil Bilikləri: Azərbaycan dili
Kompüter Bilikləri: Mc Office

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifə funksiyaları:

– Müştəri hesablarının yaradılması, siyahısının təşkili
– Müştəri hesablarının yoxlanılması
– Müştəri hesablarına düzəlişlərin edilməsi
– Stok kodlarının və təmsilçi kodlarının idarəedilməsinə kömək
– Satışla bağlı (həftəlik və aylıq) hesabatların hazırlanması
– Satış təmsilçilərinə dəstək üçün müxtəlif əməliyyatlar və s.

Əmək haqqı: 400-600 Net
İş qrafiki: 5 gün
Yaş həddi: 23-35 yaş
İş yeri: Sumqayıt şəh. (Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini hr@delta-group.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satış üzrə mühasib” qeyd edilməsi xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad olunanda gəlir vergisi tutulur?

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiSual: Mən 2017-ci ildə ixtisarla əlaqədar işdən azad olunmuşam. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunan zaman həmin məcəllənin 77-ci maddəsinə uyğun ödənilən təminatlardan (Xəbərdarlıq müddəti əvəzinə 2 aylıq birdəfəlik ödəmə; 3 aylıq işdən çıxma müavinətlər) gəlir vergisi tutulmalıdır? Əgər həmin vergi tutulursa, bu hansı qanunvericilik aktına əsasən reallaşır? Qeyd etmək istəyirəm ki, AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin sayının və ştatların ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmur.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 77-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kapital Bankda təcrübə proqramı

Kapital BankKAPİTALımız – könüllü təcrübə proqramı

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Çalışqan, iddialı və bank təcrübəsi qazanmağa həvəslisiz?

Ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank potensiallı gənclərə dəstək olmaq məqsədi ilə bütün filiallar üzrə “KAPİTALımız” könülü təcrübə proqramını elan edir!

Kimlər müraciət edə bilər?

  • 3-cü və 4-cü kurslarda təhsil alan gənclər və son 1 il ərzində Universiteti bitirənlər
  • İqtisadi və texniki sahədə təhsil alan tələbələrə üstünlük veriləcək
  • Bakı şəhəri üzrə – rus dili biliyinin olması önəmlidir, İngilis dili – arzuolunandır

1200 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən:  Mirlex LLC 

Namizədə tələblər:

• İqtisadiyyat, mühasibatlıq üzrə ali təhsil;
• 3-4 il müsahibatlıq üzrə iş təcrübəsi;
• MS Excel və 1C (8.3) proqramları ilə işləmək bacarığı;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Kargüzarlıq işlərini bilmək;
• Azərbaycan və Rus dili bilikləri;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İşin ümumi təsviri:

• Gündəlik / aylıq mühasibat yazılarının işlənilməsi;
• Mühasibat yazıları ilə bağlı müvafiq sənədlərin toplanması və işlənilməsi;
• Həftəlik və aylıq hesabatların hazırlanması;
• Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək.

Əlavə məlumat:

• İş vaxtı: Bazar ertəsi – Cümə
• İş saatı: 09:00 – 18:00 (13:00-14:00 nahar vaxtı)
• Əmək haqqı: 1,000 – 1,200 AZN (iş təcrübəsindən asılı olaraq)

E – mail : info@mirlex.azinfo@finstaff.az

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.