Xaricdən rüsumsuz mal gətirilməsi üçün mövcud olan 1000 dollarlıq limit daha da azaldılacaq

posted in: Xəbər | 0

rüsumsuz malAzərbaycana xaricdən rüsumsuz mal gətirilməsi ilə bağlı qanunvericilikdə mövcud olan 1000 dollarlıq limitə yenidən baxılacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehtiyab bildirib.

Xatırladaq ki, adı çəkilən limitə görə, istənilən vətəndaş xaricdən ümumi məbləği 1000 dollardan artıq olmayan əşyaları şəxsi istifadə üçün pulsuz gətirə bilərdi. İndi isə komitə sədri bildirib ki, bu məbləğə yenidən baxılacaq və o azaldılacaq.

Komitə sədrinin sözlərinə görə, bu addımın səbəbi xaricdən intenet vasitəsilə alınıb gətirilən malların, xüsusilə də mobil telefonların  vergidən kütləvi şəkildə yayınmasıdır. O bildirib ki, bu malların şəxsi istifadə üçün alındığı göstərilsə də, əslində onlar ölkəyə satılmaq üçün gətirilir: «Elektron ticarətə nəzarətlə bağlı, o cümlədən gömrük yığımları ilə bağlı vəziyyəti daha da təkmilləşdirmək üçün ciddi addımlar atmaq niyyətindəyik»-deyə komitə sədri bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, son vaxtlar KİV-lərdə, xüsusilə də sosial şəbəkələrdə komitənin elektron ticarətə mane olması, şəxsi istifadə üçün alınan malların vergiyə cəlb edilməsi barədə məlumatlar yayılır. Komitə sədri bildirib ki, elektron ticarətlə məşğul olan vətəndaş və sahibkarlar idxal etdikləri və xaricdən alıb gətirdikləri malları ölkəyə gətirməzdən əvvəl gömrük orqanlarına elektron şəkildə bəyan etməlidirlər: «Bu zaman risklərin idarə edilməsi baxımından məsələ araşdırılır və bundan sonra məlum olur ki, bunlar vergiyə düşür, yəni onlardan vergi tutulmalıdır, ya yox».

Komitə sədri bildirib ki, xaricdən şəxsi istifadə adı ilə telefon alıb gətirənlər büdcəyə böyük zərər vururlar: «Elekton ticarət adı altında bəzi qanunsuz işlərlə məşğul olan qaçaqmalçılıq halları aşkarlayırıq. Xüsusilə də mobil telefonların idxalında görürük ki, bu həddən artıq artıb. Poçt göndərişləri vasitəsilə ölkəyə ayda 28 min, 30 min, 48 minə qədər telefon gətirilir».

S.Mehdiyevin sözlərinə görə, hesablamalar göstərir ki, təkcə telefonlara görə, il ərzində təqribən 200 milyon manat həcmində vergi  və rüsumlardan yayınma baş verir: «Bu yayınma sırf mobil telefonların respublikaya «şəxsi istifadə» poçt göndərişləri vasitəsilə gətirilməsindən baş verir».

Cavabında Gömrük Komitəsi ölkəyə rüsumsuz mal gətirilməsi üçün 1000 dollarlıq limiti azaltmağı təklif edib: «Biz bununla bağlı ciddi danışıqlar aparırıq və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən bu maddəyə, yəni rüsumsuz gətirilən poçt göndərişlərinin 1000 dollaradək olan məbləğinə yenidən baxılmasını təklif etmişik. Hesab edirəm ki, bu məsəyə aydınlıq gətirildikdən sonra dövlətə və büdcəyə çatacaq vəsaitlərin sui-istifadəsinin qarşısı alınacaq.

Necə gətirilməsindən və marşrutundan asılı olmayaq istəniən formada gətirilən mallara görə, dövlətə çatacaq vergi və rüsumlar ödənilməlidir. Cəmiyyətimiz və iş adamları bunu bilməlidir».

Mənbə: fed.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0

satıcıXidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri

– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı

– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),    Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,  RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri  müqavilənin bağlanması,stikerlə təchiz edilməsi, proqram təminatının quraşdırılması: vergi öhdəliklərinin icrasına nəzarət strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

– ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti:

– qeydiyyat: 5 iş günü

– müqavilənin bağlanması: qeydiyyata alındıqdan sonra

-stikerlə və proqram təminatı ilə təchiz edilməsi: müqavilə bağlandıqdan sonra 10 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi                                                                                               qeydiyyata alınması haqqında arayış”

– “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”

Elektronlaşdırma səviyyəsi: qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu’nda təcrübəsi OLMAYANLARIN da müraciət edə biləcəyi vakansiya

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Veysəloğlu Şirkətlər QrupuVəzifənin adı: Maddi vəsaitlər üzrə Mütəxəssis

İş yeri: Bakı
İş təcrübəsi: İş təcrübəsinin olması üstünlükdür (təcrübəsi olmayan namizədlər müraciət edə bilərlər)
Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

– Mühasibatlıq, iqtisadiyyat üzrə anlayışlar üstünlükdür
– Rus dili (orta), İngilis (orta)
– Şəxsi avtomobil tələb edilir

Kompüter Bilikləri:

– MS Excel proqramı bilməli

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifə funksiyaları:

– Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək
– “Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək,
vəsaitlər haqqında məlumatları sistemə daxil etmək”
– “Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul
şəxslərə akt şəklində təhvil vermək”
– Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq
– Təchizatçıların birbaşa filiallara aldığı maddi vəsaitlərə görə təqdim etdiyi sənədlərə əsasən sistemə daxil etmək və bu zaman sənədlərin doğruluğunu və tamlığını yoxlamaq, uyğunsuzluqlar aşkar etdiyi hallarda təchizatçıya düzəlişlər edilməsi üçün geri qaytarmaq
– Yeni icarəyə götürülən məkanları sahibkarla təhvil-təslim etmək
– İnventarizasiya aktında müvafiq qeydlər apardıqdan sonra aktı aparıcı mütəxəssisə təqdim etmək
– Maddi vəsaitlər deposuna getmədən birbaşa mağazalarda quraşdırılan əsas vəsaitlərin təhvil-təslimində iştirak etmək və yerində barkodlaşdırmaq
– Bağlanan mağazaların sistem üzrə stokunun sıfırlanmasını icra etmək, əsas vəsait qalıqlarını müvafiq struktura yönləndirmək
– Ehtiyac olduqda regionlara ezamiyyətə gedərək vəzifə funksiyalarını icra etmək
– Bağlanmış mağazaların sahibkara geri təhvil vermək, kənarlaşmalar olduqda bu barədə aparıcı mütəxəssisə məlumat vermək
– Alış sənədlərini, aylıq anbar qalıqları sənədlərini və illik inventarizasiya nəticələrini mühasibatlıq şöbəsinə təqdim etmək
– Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək
– İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək

İş qrafiki: 5 günlük
Yaş həddi: 22 – 32
Digər təminatlar:  Avtomobilin yanacaq ödənişi və nahar şirkət tərəfindən qarşılanır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az /info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Maddi vəsaitlər üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.

Mənbə: jobsearch.az


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş ofisdən nümayəndəliyə olan ödəmələr hansı halda nümayəndəliyin gəliri sayılır?

posted in: Xəbər | 0

NümayəndəlikSual: Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş qeyri-rezidentin daimi nümayəndəliyi Azərbaycan Respublikasında qeyri-rezidenti təmsil edir və daimi nümayəndəliyin hesablaşma hesabına qeyri-rezident tərəfindən ödənilən pul vəsaitləri yalnız Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçündür və bundan başqa hesablaşma hesabına heç bir pul vəsaitləri daxil olmur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda verilən sualı cavablandırmağınızı xahiş edirik: Qeyri rezident tərəfindən Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçün ödənilən pul vəsaitləri bilavasitə daimi nümayəndəliyin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi qiymətləndirilirmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlarından biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir.

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır. Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14-cü, 83.9-cu, 104.2-ci, 108-ci, 130.1-ci, 155.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.