Buna 10 səbəb var
1-ci hissə
Sən hazırda bu yazını oxuyur və düşünürsən ki, bu sənə aid deyil. Ola bilsin ki, sən maliyyə cəhətdən uğurlu birisən. Bu təkcə səninmi xidmətindir? Əminsənmi ki, bu səbəblərdən heç biri sabah səninlə pis zarafat etməyəcək?
Məqalə motivasiya-provokasiya stilində yazılıb. Müəllif beyninizdə oyanacaq “tarakanlara” görə məsuliyyət daşımır.
- Sən şikayətlənirsən və ya arzulayırsan, amma heç nə etmirsən
Səndə bir şey alınmamasından nə qədər söz açacaqsan?! Sən həqiqətən düşünürsən ki, bu kimisə maraqlandırır? İş yerini dəyişdirmək istəyirsən, onda dəyişdir. Harada daha yaxşı əmək haqqı verirlər, onu axtar tap, kabinetdə olmasa, zirzəmidə axtar tap.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
- Ölçü hissi – bu sənin barəndə deyil
15 km yerinə, ezamiyyət zamanı daha 50 km qət etdiyin haqqda necə yaza bilirsən axı? Yaxşı, bir dəfə bunu etmisənsə heç. Belə demək mümkünsə, səhvə yol vermisən. Lakin, sistemli olaraq başqalarını axmaq yerinə qoymaq olarmı? Bu gec-tez üzə çıxacaq axı.
Yaxşı, əgər sən tək onları aldatmısansa bu heç. Axı, sən daim özünü də aldadırsan. “Dostlarla daha bir siqaret çəkib, sonra evə gedib yatmaq” bir qutu siqaret və pivə dalınca getmək kimi bir nağıla çevrilir.
- Sən oxumağın nə olduğunu unutmusan
Xatırla, mopedin üzərində qurdalanmaq necə xoşuna gəlirdi. Sən buna görə dəfələrlə böyük qardaşından zərbə yesən də, yenə də bu işdən əl çəkmirdin. Bəs indi necə? Sən hətta routerin təlimatına baxmağa belə ərinirsən. Wi-Fi sazlamaq üçün qonşudan xahiş edirsən, bundan ötrü hətta ona pul da ödəyirsən. İki saat vaxtını sərf edib, iş yerində YouTube-da bununla bağlı addım-addım videoya bax və özün onu sazla.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
- Tənbəllik səndən əvvəl doğulub
Sən işləyirsən. Saat 9:00-dan 18:00-dək namusla işləyirsən. Ona görə düşünürsən ki, evə gəldikdən sonra heç nə etməməyə sənin haqqın çatır. Qoy evdə həyat yoldaşım işləsin. O ki, sənin tək işləmir. Bax, o səbəbdən siz yalnız sənin maaşına yaşayırsınız, onun da üçdə biri icarəyə gedir.
Əgər, siz ikiniz də işləsəydiniz, ev işlərini də öz aranızda bölüşdürərdiniz. Belə etsəydiniz, xeyli məbləğ toplaya bilərdiniz. Amma, arvadın da sənin kimi tənbəldir. O səbəbdən siz beş ildir ki, kirayədə yaşayırsınız. Bu zaman isə sənin gələcək qayınanan nənəsindən cehiz kimi yeganə nəvəsinə qalan mənzili kirayəyə verir. Bu pullar hara gedir? Daha zəhmətsevər qayınına, hansı ki, kirayədən əvvəl mənzildə kosmetik təmir işləri aparıb. Sənin əllərin isə heç bir işə yararsızdır, sən yorulmusan.
- Sənin ətrafında olanlar uğursuzlardan ibarətdir
Bir ətrafına bax. Səni kimlər əhatə edir? Kiçik oğurluqlara görə ilişməməyi arzulayan işdəki həmkarların. İçkiyə görə daim borc istəyən qonşu. Həyatını dəyişdirməklə bağlı istənilən cəhdin onlar tərəfindən gülüşlə qarşılanacaq. Birdən sənə daha çox qazanmaq müyəssər olarsa?! Sən onların uğursuz olduqlarını xatırladan canlı nümunəyə çevriləcəksən. Nə qədər ki, sən də onlar kimisən, gülüş obyektinə çevrilməyəcəksən. Axı, onlarda da təkəbbürlülük elə səndə olan qədərdir.