Fransa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Fransa vergi sistemiFransa vergi sistemi barədə bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.

Beləliklə, bu dəfəki yazıda Fransa vergi sistemi haqqında danişacağıq.

Fransada vergilər dünyada ən yüksək vergilərdən biri hesab olunur. Buna baxmayaraq, fransızlar vergiləri ödəməyə vərdiş ediblər və hər il vergi deklarasiyasının doldurulmasına böyük məsuliyyətlə yanaşırlar.

Fransada ölkə büdcəsinin 90%-ni məhz, vergi daxlolmaları təşkil edir. Bütün vergi və yığımların ümumi sayı 200-dən çoxdur.

ƏDV.

Fransada ƏDV dövlət büdcəsinə daxil olan əsas istehlak vergilərindən biridir. Ölkə ərazisində istehsal və istifadə olunan məhsullar və xidmətlər bu vergiyə cəlb olunur. ƏDV-nin standart həcmi 20% təşkil edir. Daha yüksək həcmdə 33,3%-ə kimi ƏDV isə alkoqollu içkilər, tütün məhsulları, avtomobillər və digər dəbdəbəli mallara (məsələn, kürklər)  tətbiq olunur. Daha aşağı həcmdə 10- 5,5 və 2,1%-lik ƏDV isə kitablara, zəruri məhsullara və həkim resepti ilə buraxılan bir sıra dərmanlara tətbiq edilir.

Gəlir vergisi.

Gəlir vergisi fransız vergi sisteminin ən mühüm elementlərindən biridir. Bu vergi Fransa ərazisində və onun hüdudlarından kənarda əldə edilən bütün gəlirləri əhatə edir. Hesablama zamanı vergiyə cəlb olunan əmək haqqı, pensiya, icarə, mükafat, depozit qoyuluşlarına faizlər və digər gəlirlər də nəzərə alınır. Bundan əlavə, vergini təkcə Fransa sakinləri deyil, həm də ölkə ərazisində rəsmi şəkildə gəlir əldə edən əcnəbilər də ödəyirlər.

Gəlirə görə vergi tutulmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, onun hesablanması zamanı konkret fiziki şəxs deyil, vergi ödəyicisinin ailəsi (həyat yoldaşı, uşaqları və himayəsində olanlar) nəzərə alınır. Tək insanlar bir nəfərdən ibarət ailə hesab olunur.

Proqressiv vergi şkalası illik gəlir məbləğindən asılı olaraq, 0-dan 45%-ə kimi diapazonda beş qrup vergi ödəyicisini əhatə edir.  Fransa “sərvətə görə vergi” tətbiqi təcrübəsi ilə artıq neqativ təcrübəyə malikdir, bu verginin mahiyyəti ondan ibarətdir ki, 1 milyon avrodan çox gəliri olanlar 75%-lik gəlir vergisinə cəlb olunurlar. Nəticədə milyonerlərə  tətbiq edilən bu yenilik özünü doğrultmadığından hazırda ləğv edilib.

Mülkiyyət və qiymətli kağızlarla bağlı əməliyyatlar zamanı tətbiq edilən vergilər.

Fransada belə əməliyyatlar zamanı vergi, alış və satış zamanı yaranan məbləğ arasındakı fərqdən tutulur və bu zaman bəzi xərclər də nəzərə alınır.

2015-ci ilin avqustundan mülkiyyət əməliyyatları ilə bağlı bu verginin vahid stavkası 40,5% təşkil edir və özündə bunları ehtiva edir:

. kapital artımına görə vergi – 19%

. sosial yığım – 15,5%

. əlavə vergi – 6%-ə qədər.

2012-ci ildən Fransada qiymətli kağızlarla əməliyyatlar zamanı 0,2% -lik yeni vergi tətbiq olunub. Bu vergi yalnız bazar səhmlərinin qiyməti 1 milyard avronu keçən iri fransız şirkətlərinə aiddir.

Daşınan əmlakla bağlı əməliyyatlar zamanı isə vergiyə yalnız qiyməti 20 min avronu keçən əmlaklar cəlb edilir. İncəsənət əsərləri 4,5 və 7%-lik, qiymətli metallar üçün isə 7,5%-lik vergi tətbiq olunur.

Əmək haqqından tutulan vergi.

Fransada sosial ödənişləri işə götürən özü ödəyir, bu ödənişlər isə təbii ki, əmək haqqından ödənilir. Səhiyyə, pensiya və sosial sığorta fondlarına aylıq ödənişlər 15% təşkil edir. Bu vəsaitlər isə sonradan xəstəlik vərəqələri, səhiyyə sığortaları və işsizliklə bağlı müavinətlərin ödənilməsindən ötrü dövlət büdcəsinə köçürülür. Yuxarıda dediyimiz gəlirdən vergilər isə indi söz açdığımız müavinətlər ödənildikdən sonra yerdə qalan məbləğdən çıxılır.

Peşə təhsili ilə bağlı vergi.

Bütün fransız şirkətlərinə peşəkar təhsilə görə ümumi əmək haqqı fondunun 0,5%-lik həcmində məcburi vergi və üstəgəl daha 0,1% tətbiq edilir. Burada dövlət orqanları, sahə assosiasiyaları və təhsil sahəsinə aid təşkilatlar istisna təşkil edir.

Aksiz yığımı.

Aksiz yığımları Fransada vergi yığımının az hissəsini təşkil etmir. Bu vergi alkoqol, tütün məhsulları, qənd, duz və digər kütləvi tələbat mallarının satış qiymətinə əlavə olunur. Aksiz yığımları təkcə dövlət büdcəsinə deyil, həm də yerli büdcələrə istiqamətlənir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi partnyorluğu Sazişi”nə dəyişiklik edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: “ Vergi partnyorluğu Sazişi ” nə dəyişiklik edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı

– Vergilər nazirinin 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/  şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/ bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi partnyorluğu Sazişi

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Pera Plastik Qrup MMC

Əmək Haqqı: 500 – 600 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ceyran xanım
  • Telefon: 012 448 02 14
  • E-mail: ceyran.hasanova@peraplastic.net / info@finstaff.az
  • Elanın bitmə tarixi: 27.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək.
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Bank əməliyyatlarının aparılması.
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.
– İş qrafiki: 09:00-18:00
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)
– Nahar yeməyi və işə gedib gəlmək şirkət tərəfindən təmin olunur

Mühasib üçün tələblər

– Ali təhsilli xanım
– 1C və MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– 25-45 yaş həddində
– Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Elektron sənəd mübadiləsi haqqında Müqavilə”nin müddətinin uzadılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

elektron sənəd mübadiləsiXidmətin adı: “ Elektron sənəd mübadiləsi haqqında Müqavilə ” nin müddətinin uzadılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “ Elektron sənəd mübadiləsi haqqında Ərizə ”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin  10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları

İcra müddəti

Ərizə daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– “ Elektron sənəd mübadiləsi haqqında Müqavilə ” nin müddətinin uzadılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.