Milli Məclis əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib

posted in: Xəbər | 0

Azərbaycan Milli Məclisi əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb.

Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Məcəllənin digər maddələrinə də dəyişikliklər edilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında ” Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Qanunun 2.2-ci maddəsində “vergi yoxlamalarına” sözlərindən sonra”, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilir, 10.3-cü maddəsində isə “sahəsində” sözü”, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözləri ilə əvəz edilir.

Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə də layihə müzakirəyə çıxarılıb.

Belə ki, qanunun 2.1-ci maddəsinə “ilə bağlı yoxlamalar,” sözlərindən sonra “yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,” – sözləri əlavə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: repost.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib

posted in: Müqavilələr, Xəbər | 0

Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin illik hesabatında bildirilir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 2018-ci ildə tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 104 monitorinq keçirib və 79 pozuntu halı aşkar edib. Monitorinqlər zamanı 3.990 nəfər yoxlanılıb və onlardan 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı müəyyən olunub.

Monitorinq olunan işəgötürənlər üzrə qeyri-rəsmi məşğulluq səviyyəsi 23,7 faiz təşkil edib. Müqavilə ilə çalışan 3.044 işçidən 180 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Səyyar monitorinqlərin keçirilməyə başlanıldığı tarixdən sonra bütün işəgötürənlər üzrə 71 min 461 əmək müqaviləsi imzalanıb ki, bunlardan da 19 min 32-si hazırda qüvvədədir.

Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilməkdədir. Monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təxminən 45 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 9 faizə qədər azalıb.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan işə cəlbetmə ilə bağlı 84 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Ümumilikdə 69-u hüquqi, 15-i isə fiziki şəxs olmaqla 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 527 min manat həcmində inzibati cərimə tətbiq olunub. Bundan başqa, əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlbetmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Baş Prokurorluğa göndərilib.

Ümumilikdə 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanılmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilən digər 27 işəgötürən üzrə aşkar edilən əməldə Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azadetmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib. Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqları büdcəyə ödənilib.

Büdcə ödənişlərinin bərpası ilə yanaşı, vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilən 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Nazirlik onlara 468 min manat həcmində vergi sanksiyası tətbiq edib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1 milyon 7 min manat məbləğində cərimə və sanksiya tətbiq olunub.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu xidmət Vergilər Nazirliyinin tərkibinə verilib

posted in: Vergi, Xəbər | 0

məcburi sosial sığorta uçot qaydaları vergilərMaliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilib.

Prezident İlham Əliyev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Vergilər Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin həmin Nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Sərəncamda nəzərdə tutulmuş normativ hüquqi aktların layihələri hazırlanarkən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməli, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.