Vergilər Nazirliyi MDSS-lə bağlı sərəncam narazılığına aydınlıq gətirdi

posted in: Vergi, Xəbər | 0

Sosial ödənişlərin bölüşdürülməsi avtomatlaşdırılıb

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənilməsinə dair hesabatların təqdim olunmasına nəzarət Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Bununla yanaşı, vergi və sosial qanunvericilikdə aparılan dəyişikliklərlə sosial ödəmələrin faiz nisbəti ödəyicilər arasında yeni bölgüdə müəyyənləşib.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və özəl sektorda işləyən, əməkhaqqı 200 manata qədər olan işçilərin gəlirlərindən 3 faiz, işəgötürənin vəsaitindən isə 22 faiz sığorta haqqı kimi tutulur. Vətəndaşın gəliri 200 manatdan çox olarsa, gəlirdən 200 manata qədər olan hissəyə 6 manat, artıq hissədən isə qalan məbləğin 10 faizi, işəgötürəndən isə 200 manata görə 44 manat, artıq olan hissəyə görə 15 faiz sığorta haqqı tutulur. Qeyd edək ki, 2019-cu ilin 1-ci rübündə məcburi dövlət sosial sığortası üzrə büdcəyə 582,1 milyon manat, işsizlikdən sığorta üzrə isə 22,8 milyon manat həcmində vəsait daxil olub.

Sosial sığorta hesabatlarının vergi orqanları tərəfindən qəbul edilməsi vergi ödəyiciləri üçün bir çox prosesləri sadələşdirib. Bununla belə, ilkin mərhələdə vergi və sosial hesabat sistemlərinin uzlaşdırılması zamanı sığorta haqlarının ödənilməsində və bölüşdürülməsində müəyyən çətinliklər müşahidə olunub. Texniki səbəblərdən yaranan çətinliklər bəzi hallarda hətta vergi ödəyicilərinin bank hesablarına sərəncam qoyulması ilə nəticələnib.

Bu məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə bildirib ki, vergi ödəyicilərinin belə hallarla üzləşməməsi üçün müvafiq addımlar atılıb:

“Vergi ödəyicilərindən daxil olan müraciətlərin təhlili göstərir ki, sosial sığorta ödənişlərinin büdcə təsnifat koduna uyğun düzgün bölüşdürülməməsi nəticəsində bir təsnifat kodunda artıq ödəmələrin, digər təsnifat kodunda isə borcun yaranmasına səbəb olur. Bu da vergi ödəyicisinin borcu olan hissədə sərəncamların göndərilməsi ilə nəticələnir. Son nəticədə vergi ödəyicisi artıq ödəməsi olduğu halda, sərəncamların bank hesablarına göndərilməsinə narazılığını bildirir. Bu tipli problemlərin yaranmaması üçün ödəniş edən zaman büdcə təsnifat kodunu seçəndə vergi ödəyicilərinin diqqətli olmaları tövsiyə edilir”.

Bildirilib ki, Vergilər Nazirliyi vətəndaş məmnunluğunu əsas götürərək bölüşdürülməmiş və ya ödənişin fəaliyyət növünə uyğun olmaması nəticəsində yaranan problemin həlli məqsədilə bölüşdürülməmiş ödənişlərin vergi orqanları tərəfindən avtomatik bölüşdürülməsinə texniki imkan yaradıb. Avtomatik proses əsasında vəsaitlərin bölüşdürülməsi təmin olunduqdan sonra həmin borca hesablanmış penyalar azaldılır və bank hesablarına qoyulmuş sərəncamlar geri çağırılır.

Bəzi vergi ödəyicilərini narahat edən nüanslardan biri də əvvəlki dövrlərdə sosial sığorta üzrə yaranmış borclar və onların səbəbləri ilə bağlıdır. N.Vahabzadə artıq bununla bağlı dəqiqləşmələrin aparılmasının yerli vergi orqanlarına həvalə edildiyini bildirib: “Bir sıra vergi ödəyicilərinin müraciətləri əsasən 1 yanvar 2019-cu il tarixinədək hesablanmış və saldo şəklində şəxsi hesab vərəqəsində əks etdirilən borcların məbləğinin düzgün olmaması və bu tipli yanlış hesablamalarla bağlı müvafiq tədbirlərin həyata keçirilərək şəxsi hesab vərəqəsi üzrə məbləğlərin düzəldilməsi tələbi üstünlük təşkil edir.

Sosial sığorta üzrə borcların araşdırılaraq dəqiqləşmələrin aparılması istiqamətində aidiyyəti üzrə işlərin icrası yerli vergi orqanları tərəfindən həyata keçirilir”.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2019-cu ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

posted in: Vergi, Xəbər | 0

2019-cu ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

 

2019-cu ilin may ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 2-ci rübü üzrə bəyannaməni 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edirlər). 
  • Xüsusi notariusların 2019-cu ilin may ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 2-ci rübü üzrə bəyannamə cari ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin may ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin iyun ayının 18-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

 

Qeyd:

– 15.06.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən may ayı üzrə hesablanmış sığorta haqqlarının ödənilməsinin son müddəti 18.06.2019-cu il tarixə keçirilmişdir.

– 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin  son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Nexia Azerbaijan

Əmək Haqqı: 800 – 1100 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Departamenti
  • Telefon: (012) 597-30-44
  • E-mail: hr@nexia.az info@finstaff.az
  • Elanın bitmə tarixi: 28.06.2019
Vakansiya barədə məlumat

– Gündəlik mühasibatlığın aparılması və 1C proqramına işlənməsi
– Vergi və digər hesabatların hazırlanması və təqdim olunması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Vergi hesab fakturaların yazılması
– Bank və kassa əməliyyatları
– İş qrafiki: 5 gün, saat 09:00-dan 18:00-dək

Mühasib üçün tələblər

– 3 ildən artıq təcrübə
– Mühasibatlığı və vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər
– 1C, BTP, B3, MS Office proqramlarını bilmək
– Azərbaycan, İngilis və Rus dillərini bilmək

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“McDonaldʼs”ın ilk mühasibi June Martino

posted in: Məqalə, Xəbər | 0

“McDonaldʼs”ın ilk mühasibi June Martino.

1940-cı ildə  “Makdonalds”ın ilk restoranı açıldıqda onun indiki qədər məşhur ola biləcəyini heç kim deyə bilməzdi. Hazırda dünyada tez qidalanma üzrə ən böyük restoranlar şəbəkəsinin illik gəliri 30 milyard dollar təşkil edir. Lakin, heç də həmişə belə olmayıb. Bu restoranın ilk mühasibi isə June Martino olub. Qeyd edək ki, mühasib kimi çalışdığı ilk doqquz ay ərzində həmin qadın, əməkhaqqı belə ala bilməyib. Bəs June Martino kim olub?

1917-ci il avqustun 10-da ABŞ-da anadan olan June Martino 1948-ci ildə Makdonaldın sahibi Rey Krokun yanında mühasib kimi çalışmağa başlayan biznes-ledi olub və sonrakı dönəmdə Makdonald şirkətinin korporativ katibəsi, xəzinədarı kimi çalışıb və daha sonra isə direktor və həmsahibkara çevrilib.

Martino Çikaqo sakini idi, Makdonaldın İllinoys ştatındakı Glen-Ellin şəhərindəki erkən restoranlarından birini idarə edən Lui Martino ilə ailə həyatı qurmuşdu. Lui Martino İllinoys ştatında şirkətin orijinal tədqiqat mərkəzinin yaratmışdı və 1961-ci ildə vəfat edənə kimi orada çalışmışdı.

Müharibədən sonra valideynləri xəstələnmişdilər, bu səbəbdən onlar ailəliklə Viskonsində fermaya köçmüşdülər. June isə iş axtarmaq üçün 1948-ci ildə Çikaqoya qayıdır. Məhz, həmin vaxtlarda biznesi böyüməkdə olan, Multimixer süd kokteyllərinin istehsalı ilə məşğul olan və özünə mühasib axtaran Rey Krok June-a rast gəlir.

“Onda problemləri həll etmək üçün bütövlük və narahat bir doğmalıq qabiliyyəti hiss olunurdu”, – Rey özünün “Grinding It Out” kitabında xatırlayırdı. “Bu şəfqətli bir xarakterin nadir cizgilərindən qaynaqlanan ilıq bir şəxsiyyət idi. Onun mühasiblik sahəsində təcrübəsinin olmaması, məni ümumiyyətlə, narahat etmirdi. Mən bilirdim ki, o, texniki prosedurları tez mənimsəyəcək”.

1955-ci ildə Krok İllinoys ştatında, Des-Pleynsdə özünün ilk Makdonalds restoranını açdıqdan sonra Martino iki vəzifəni yerinə yetirirdi – Kasl-Kassedə multimikserlər satşını idarə edirdi, həmçinin Makdonald Sisteminin yeni fəaliyyətə başlayan idarəsinə rəhbərlik edirdi. Bibliyanı satmaq üçün idarəyə daxil olan bir nəfəri və onun həyat yoldaşını Martino Makdonaldın franşızinə çevirdi. Beləliklə, Sendi və Betti Aqat İllinoys ştatındakı Vaukeganda uğurlu franşizlərə çevrildilər, hansı ki, əməliyyatları ilə çox tezliklə digərlərinə nümunə oldular.

İlk illərdə Martino Çikaqodakı mənzil-qərargahı ziyarət etdi, şəxsi və ailə problemləri ilə üzləşən korporativ əməkdaşlara məsləhətlər verdi, franşiz əməkdaşları üçün ev açdı. Baxmayaraq ki, onun özünün iki oğlu var idi, xanım June Martino digər adamlar üçün də əlavə vaxt ayıra bilirdi.

Makdonaldın ilk əməkdaşlarından bir çoxları potensial müştərilər qismində iyunda özlərinin ilk  nümayişini keçirdilər. Krok bilavasitə Martinonun tövsiyəsi ilə Makdonaldın ilk mühəndis-inşaatçısı və dizaynerini, eləcə də korporativ idarənin ikinci əməkdaşını işə götürdü. Digər hallarda Martino daha daha incə hərəkət edirdi.

Həyat sığortası ilə məşğul olan Robert Rayan və Riçard Boylan 1957-ci ildə Makdonaldın ofisinə daxil olduqda, Martino onların hər ikisinin hüquqi təhsili olduğunu  və IRS mühasibləri olduğunu öyrəndikdən sonra, onların potensialını dərk etdi. Həmin səbəbdən June Krokun maliyyə meneceri Harri Sonnebornun yanına göndərdi və söylədi ki, bu şəxslərin hər ikisi IRS-nın agentidir, müsahibədən sonra Sonneborn onları işə qəbul etdi. Robert Rayan Makdonaldda xəzinədar işlədi, Riçard Boylan isə 1983-cü ildə böyük icraçı-prezidenti və maliyyə direktoru qismində istefaya getdi.

Martino  Makdonaldın güclü menecerlərinin müxtəlif nöqteyi-nəzərlərinin, xüsusilə də Krok və Sonneborn biznesin istiqamətləndirilməsi əsasında ziddiyyətlərlə toqquşduqda – balanslaşdırılmasında kritik mühüm rol oynadı. Sonneborn iki il əvvəl, 1967-ci ildə istefa ərizəsi verənə qədər bu iki kişi bir-birilə danışmırdı, müstəsna olaraq Martino vasitəsilə ünsiyyət qururdular.

Con Lav “Tağlar arxasında” kitabında yazırdı: “Sadə dillə desək, Martino Makdonaldın gənc menecerləri üçün bir yuvadır. Və baxmayaraq ki, bu qadının həmin rolu kiçicik də olsa rəsmi şəkildə qəbul edilir, bu onu Makdonaldda yeganə universal, sevilən rəhbərlərindən biri etmişdi”.

Krokun özü Martinonun şirkətdə önəmli rolunu tam şəkildə dəyərləndirdi və onu uzun illər, ilk aylarda pulsuz, sonrakı aylarda isə elə də böyük olmayan maaşla sədaqətlə xidmətini, şirkətdəki kapital payı ilə mükafatlandırdı.

Beləliklə, “Makdonald” 1965-ci ildə Martinonun özünə məxsus 300 000 dollar aktivi (2018-ci il üçün 2,3 milyon dollar ekvivalentində) nağdlaşdırdığını elan edəndə, onun yerdə qalan aktivləri 5 milyon dollar (və ya 2018-ci il üçün 39,8 milyon dollar) təşkil edirdi. Və növbəti ildə Makdonald Nyu-York birjasında qeydiyyata alınarkən, Martino əsasən kişilərdən ibarət NYSE direktorları üçün yeməkxananın qonağı olan ilk qadın oldu.

Martino Makdonalddan 1968-ci ildə getdi, lakin, öz ölümünə qədər o, direktorlar Şurasının fəxri direktoru qismində işləməkdə davam etdi. O, 2005-ci il yanvarın 29-da Florida ştatında, Uest-Palm-Biçdə vəfat etdi.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.