» » » “McDonaldʼs”ın ilk mühasibi June Martino

“McDonaldʼs”ın ilk mühasibi June Martino

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

“McDonaldʼs”ın ilk mühasibi June Martino.

1940-cı ildə  “Makdonalds”ın ilk restoranı açıldıqda onun indiki qədər məşhur ola biləcəyini heç kim deyə bilməzdi. Hazırda dünyada tez qidalanma üzrə ən böyük restoranlar şəbəkəsinin illik gəliri 30 milyard dollar təşkil edir. Lakin, heç də həmişə belə olmayıb. Bu restoranın ilk mühasibi isə June Martino olub. Qeyd edək ki, mühasib kimi çalışdığı ilk doqquz ay ərzində həmin qadın, əməkhaqqı belə ala bilməyib. Bəs June Martino kim olub?

1917-ci il avqustun 10-da ABŞ-da anadan olan June Martino 1948-ci ildə Makdonaldın sahibi Rey Krokun yanında mühasib kimi çalışmağa başlayan biznes-ledi olub və sonrakı dönəmdə Makdonald şirkətinin korporativ katibəsi, xəzinədarı kimi çalışıb və daha sonra isə direktor və həmsahibkara çevrilib.

Martino Çikaqo sakini idi, Makdonaldın İllinoys ştatındakı Glen-Ellin şəhərindəki erkən restoranlarından birini idarə edən Lui Martino ilə ailə həyatı qurmuşdu. Lui Martino İllinoys ştatında şirkətin orijinal tədqiqat mərkəzinin yaratmışdı və 1961-ci ildə vəfat edənə kimi orada çalışmışdı.

Müharibədən sonra valideynləri xəstələnmişdilər, bu səbəbdən onlar ailəliklə Viskonsində fermaya köçmüşdülər. June isə iş axtarmaq üçün 1948-ci ildə Çikaqoya qayıdır. Məhz, həmin vaxtlarda biznesi böyüməkdə olan, Multimixer süd kokteyllərinin istehsalı ilə məşğul olan və özünə mühasib axtaran Rey Krok June-a rast gəlir.

“Onda problemləri həll etmək üçün bütövlük və narahat bir doğmalıq qabiliyyəti hiss olunurdu”, – Rey özünün “Grinding It Out” kitabında xatırlayırdı. “Bu şəfqətli bir xarakterin nadir cizgilərindən qaynaqlanan ilıq bir şəxsiyyət idi. Onun mühasiblik sahəsində təcrübəsinin olmaması, məni ümumiyyətlə, narahat etmirdi. Mən bilirdim ki, o, texniki prosedurları tez mənimsəyəcək”.

1955-ci ildə Krok İllinoys ştatında, Des-Pleynsdə özünün ilk Makdonalds restoranını açdıqdan sonra Martino iki vəzifəni yerinə yetirirdi – Kasl-Kassedə multimikserlər satşını idarə edirdi, həmçinin Makdonald Sisteminin yeni fəaliyyətə başlayan idarəsinə rəhbərlik edirdi. Bibliyanı satmaq üçün idarəyə daxil olan bir nəfəri və onun həyat yoldaşını Martino Makdonaldın franşızinə çevirdi. Beləliklə, Sendi və Betti Aqat İllinoys ştatındakı Vaukeganda uğurlu franşizlərə çevrildilər, hansı ki, əməliyyatları ilə çox tezliklə digərlərinə nümunə oldular.

İlk illərdə Martino Çikaqodakı mənzil-qərargahı ziyarət etdi, şəxsi və ailə problemləri ilə üzləşən korporativ əməkdaşlara məsləhətlər verdi, franşiz əməkdaşları üçün ev açdı. Baxmayaraq ki, onun özünün iki oğlu var idi, xanım June Martino digər adamlar üçün də əlavə vaxt ayıra bilirdi.

Makdonaldın ilk əməkdaşlarından bir çoxları potensial müştərilər qismində iyunda özlərinin ilk  nümayişini keçirdilər. Krok bilavasitə Martinonun tövsiyəsi ilə Makdonaldın ilk mühəndis-inşaatçısı və dizaynerini, eləcə də korporativ idarənin ikinci əməkdaşını işə götürdü. Digər hallarda Martino daha daha incə hərəkət edirdi.

Həyat sığortası ilə məşğul olan Robert Rayan və Riçard Boylan 1957-ci ildə Makdonaldın ofisinə daxil olduqda, Martino onların hər ikisinin hüquqi təhsili olduğunu  və IRS mühasibləri olduğunu öyrəndikdən sonra, onların potensialını dərk etdi. Həmin səbəbdən June Krokun maliyyə meneceri Harri Sonnebornun yanına göndərdi və söylədi ki, bu şəxslərin hər ikisi IRS-nın agentidir, müsahibədən sonra Sonneborn onları işə qəbul etdi. Robert Rayan Makdonaldda xəzinədar işlədi, Riçard Boylan isə 1983-cü ildə böyük icraçı-prezidenti və maliyyə direktoru qismində istefaya getdi.

Martino  Makdonaldın güclü menecerlərinin müxtəlif nöqteyi-nəzərlərinin, xüsusilə də Krok və Sonneborn biznesin istiqamətləndirilməsi əsasında ziddiyyətlərlə toqquşduqda – balanslaşdırılmasında kritik mühüm rol oynadı. Sonneborn iki il əvvəl, 1967-ci ildə istefa ərizəsi verənə qədər bu iki kişi bir-birilə danışmırdı, müstəsna olaraq Martino vasitəsilə ünsiyyət qururdular.

Con Lav “Tağlar arxasında” kitabında yazırdı: “Sadə dillə desək, Martino Makdonaldın gənc menecerləri üçün bir yuvadır. Və baxmayaraq ki, bu qadının həmin rolu kiçicik də olsa rəsmi şəkildə qəbul edilir, bu onu Makdonaldda yeganə universal, sevilən rəhbərlərindən biri etmişdi”.

Krokun özü Martinonun şirkətdə önəmli rolunu tam şəkildə dəyərləndirdi və onu uzun illər, ilk aylarda pulsuz, sonrakı aylarda isə elə də böyük olmayan maaşla sədaqətlə xidmətini, şirkətdəki kapital payı ilə mükafatlandırdı.

Beləliklə, “Makdonald” 1965-ci ildə Martinonun özünə məxsus 300 000 dollar aktivi (2018-ci il üçün 2,3 milyon dollar ekvivalentində) nağdlaşdırdığını elan edəndə, onun yerdə qalan aktivləri 5 milyon dollar (və ya 2018-ci il üçün 39,8 milyon dollar) təşkil edirdi. Və növbəti ildə Makdonald Nyu-York birjasında qeydiyyata alınarkən, Martino əsasən kişilərdən ibarət NYSE direktorları üçün yeməkxananın qonağı olan ilk qadın oldu.

Martino Makdonalddan 1968-ci ildə getdi, lakin, öz ölümünə qədər o, direktorlar Şurasının fəxri direktoru qismində işləməkdə davam etdi. O, 2005-ci il yanvarın 29-da Florida ştatında, Uest-Palm-Biçdə vəfat etdi.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.