Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib

posted in: Xəbər | 0

qanuna dəyişiklik, yoxlamalar, valyuta cərimələrHesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.


Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Qanunun 547-ci maddəsində Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.

Belə ki, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatlarının dayandırılması barədə Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:

– Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;

– elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;

– kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;

– dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

posted in: Xəbər | 0

vergi partnyorluğu sazişiƏmək müqaviləsi ilə xidməti müqavilə arasında fərq nədir?


Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır.

Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Mülki-hüquqi müqavilələr ilə əmək müqaviləsi arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər:

  • Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin ya xidmətin nəticəsidir.
  • Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz sağlam əmək şəraiti yaratmalıdər.  Mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur.
  • Mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır stajı hesablanmır.
  • Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu əməyin mühafizəsinə görə cavabdehlik daşıdıyır. Mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir.
  • Əmək müqaviləsi ilə çalışan işçi i tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.

Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi s.) sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi digər hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.

  • Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülki-hüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir. Yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur.
Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi partnyorluğu Sazişi”nin müddətinin uzadılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

vergi partnyorluğu sazişiXidmətin adı: “ Vergi partnyorluğu Sazişi ” nin müddətinin uzadılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “ Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı

– Vergilər nazirinin 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/ bölmələri, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları(şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi partnyorluğu Sazişi

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Palata əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir

posted in: Vergi, Xəbər | 0

Hesablama Palatası əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

 Bu barədə Palata 2018-ci ilin dövlət büdcəsinə dair rəyində qeyd edib. Rəydə əlavə dəyər vergisinin iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alət olduğu vurğulanaraq  bu vergi üzrə faktiki daxilolmanın xüsusi çəkisinin ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 68,2%-ni təşkil etdiyi göstərilib.

Dövlət büdcəsinin ƏDV üzrə gəlirlərinin tərkibində Azərbaycan Respublikası Vergilər Nazirliyinin payının əvvəlki illərə nisbətən daha da azaldığını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payı isə artdığını qeyd edərək Hesablama Palatası idxal olunan aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin, eyni zamanda ölkə ərazisində malların, işlərin və xidmətlərin təqdim edilməsinin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olduğunu vurğulayıb. Kənar dövlət maliyyə nəzarəti orqanı bu neyllər nəzərə alaraq  əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib.

Hesablama Palatası: 2018-ci ilin nəticələri vergi azadolmaları və subsidiyalaşmı ilə bağlı dövlət dəstəyi mexanizmlərinin yığcamlaşdırılması təklif olunur. Bu barədə Hesablama Palatasının Rəyində qeyd edilib.

Göstərilib ki, ÜDM-in strukturunda kənd təsərrüfatının ümumi məhsulu 2016-cı ildə 5632,4 mln. manat, 2017-ci ildə 6580,0 mln. manat, 2018-ci ildə 7010,0 mln. manat həcmində olmuş, müxtəlif istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsindən ayrılmış subsidiyaların ümumi məbləği isə həmin illərə uyğun müvafiq olaraq, 193,6 mln. manat, 190,1 mln. manat və 375,9 mln. manat təşkil edib. Subsidiyaların ümumi məbləğinin kənd təsərrüfatının ümumi məhsulunun həcminə nisbəti 2016-cı illə müqayisədə 2,0 faiz bəndi, 2017-ci illə müqayisədə isə 2,5 faiz bəndi artaraq 5,4% təşkil etdiyi vurğulanmış və bildirilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergilərdən azad olunmasını da nəzərə alınarsa bu göstəricilər daha böyük olar.

Bu amilləri nəzərə alaraq Hesablama Palatası dövlət dəstəyi çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarına sərf olunan resursların istehsal prosesinin son mərhələsi olan məhsul buraxılışının həcminin artmasına adekvat təsir göstərmədiyi və ya hesabatlılığın təmin olunmadığı qənaətindədir.

Rəydə, eyni zamanda, Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə vergi hesabatlılığının təmin olunması üzərində vergi inzibatçılığının zəif təşkil olunması, o cümlədən qanunvericiliklə müəyyən edilmiş qaydada vergilərdən azad olunan gəlirlərinin bir qayda olaraq bəyan olunmaması kimi halların mövcud olduğu göstərilib.

Qeyd olunanlar nəzərə alınaraq vergi azadolmaları və subsidiyalaşmı ilə bağlı dövlət dəstəyi mexanizmlərinin yığcamlaşdırılmasının zəruriliyi vurğulanıb.

Mənbə: azadinform.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.