Bu halda e-qaimə təqdim etmək tələb olunmur

posted in: sual-cavab, Xəbər | 0

Bu halda e-qaimə təqdim etmək tələb olunmur.

Sual:

Tərəfimizdən müəyyən dövlət müəssisələri tərəfindən təşkil olunmuş tenderlərə görə həmin təşkilatlara iştirak haqqına görə ödənişlər olunur, müvafiq tender yaxud müsabiqələrə görə. Bildiyimiz kimi, tenderlərin qalibi olsaq da, olmasaq da ödənilmiş iştirak haqları geri qaytarılmır.

Sizə sualım ondan ibarətdir ki, tərəfimizdən ödənilən tenderlərə görə iştirak haqqlarına görə qarşı tərəfdən elektron qaimə tələb etməyimiz düzgündürmü? Tələb etməyə ixtiyarımız varsa necə əsaslandırıb qarşı tərəfdən elektron qaimə tələb edə bilərik? Zəhmət olmasa müvafiq sualla bağlı yardımçı olardınız.

Сavab:

Bildiririk ki, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə fakturaların təqdim edilməsi tələb olunmur.

Eyni zamanda həmin şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6.2-ci108-ci109.8-ci maddələri.

Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Brandeks MMC

Əmək Haqqı: 400 – 500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 21 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: İlkin bəy
  • Telefon: (012) 432-47-84
  • E-mail: cv@brandex.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 27.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar aparmaq
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Mal-material uçotunun aparılması
– Rəhbərlik üçün hesabatların aparılması və təqdim olunması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü tam, şənbə günü yarım iş günü
– İş yeri: Amerika Səfirliyinin yanı
– Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Mühasib üçün tələblər

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Əmtəə nişanları və coğrafi göstəricilər” mövzusunda təlim keçiriləcək

posted in: Xəbər | 0

“Əmtəə nişanları və coğrafi göstəricilər” mövzusunda təlim keçiriləcək

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 29/05/30 – 30/05/2019 tarixinə planlaşdırılan Əqli Mülkiyyət obyektləri mövzularına dair kurs 10 iyun 2019-cu il tarixindən etibarən öz işinə başlayacaqdır.

Təlim kursları əsasən Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son dövrdə verdiyi fərman və sərəncamlar, yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların “Əmtəə nişanları və ya Coğrafi göstərici” kimi ölkə daxilində, həmçinin beynəlxalq sistem vasitəsilə təminatı, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və digər məsələlərin həlli istiqamətində biliklərin artırılması məqsədilə təşkil edilir.

Qeyd edilən kurslarda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər və digər Əqli Mülkiyyət obyektlərinə dair Azərbaycan qanunvericiliyi və onun beynəlxalq sistemlərə inteqrasiyası, həmçinin beynəlxalq normativ hüquqi aktlar və sənədlər, mühafizə elementləri barədə ətraflı məlumatlar veriləcəkdir.

Kurslar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən maliyyələşdirilir və ödənişsiz əsaslarla həyata keçirilir.

Kurslarda iştirak etmək istəyən namizədlər barədə məlumatların cari ilin 4 iyun tarixinə kimi aşağıda qeyd edilən elektron poçt ünvanlarına göndərilməsini xahiş edirik.

Kurslar həftədə 2 dəfə həftənin III və V günləri saat 14:30 – dan – 17:00 kimi, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 124) təşkil olunur.

Əlaqələndirici şəxslər:

Nigar Chima

email: n.osuji@patent.gov.az; ofis: (012) 449 62 54;

mob: (050) 707 89 13 

Elmira Balıyeva

e-mail: ebaliyeva@ask.org.az;

tel: (012) 465 72 42 (daxili 119))

Mənbə: ask.org.az

Teleqram kanalımıza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Turagentlərə tətbiq edilən vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0

Turagentlərə tətbiq edilən vergi güzəştləri

Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən, müvafiq olaraq, gəlir vergisi və məcburi sosial sığorta haqları 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilib. Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əhatə dairəsi həmin Meyarların 2.1-ci bəndi ilə müəyyən edilib.

Turagentlər tərəfindən neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışı ilə bağlı göstərilən xidmətlər agent qaydasında uçuşları və turizm xidmətlərini həyata keçirən müəssisələrə göstərildiyindən, turagentlər tərəfindən göstərilən həmin xidmətlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə göstərilən xidmət hesab edilmir. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə Vergi ödəyicilərinə xidmət departamenti 5 gün müddətində bu barədə məlumatları turizm xidmətləri göstərən vergi ödəyicilərinin elektron kabinetlərinə göndərməlidir.

Turagentlərə ödəmələr isə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən, yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə aparılan hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mənbə: vergiler.az