Mühasibat uçotu Kursu – Tələbələr üçün xüsusi TƏKLİF!

posted in: muhasibat, Xəbər | 0

Mühasibat Uçotu KurslarıMühasibat uçotu Kursu – Tələbələr üçün xüsusi TƏKLİF!

Gələcək Həmkarlarımıza bizdən növbəti dəstək!!

Əziz Tələbələr! Yay tətilindən maksimum faydalanmağınız üçün Muhasibat.Az kursundan Ramazan bayramı münasibəti ilə Sizə daha yeni bir təklif!! Belə ki, məhz Siz 2 aylıq ödəniş edərək 3 aylıq kursda iştirak edə bilərsiniz! 2 aylıq nəzəri hissəni öyrənirsiniz və 3-cü ayda bizdən Sizə praktiki 1 aylıq təlim HƏDİYYƏ!!

Dərhal qeydiyyatdan keçin! Bu fürsəti qaçırtmayın, yerlər məhduddur!!

Tələb olunan Sənəd-Tələbə Bileti.

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun ümumi müddəti 52 saatdır.

Dərslər 1 və 4-cü günlər (saat 10:00-12:00) tədris olunacaq.

Qeyd: Sınaq dərsinə gələnlərdən şəxsiyyət vəsiqəsini və tələbə biletini gətirmələri xahiş olunur.

Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

https://form.cubics.pro/form/DTrTquiHhQadDtLmJ

Əlaqə vasitələri:

Telefon: (050) 225-81-05 / (012) 598-37-98

Email: info@muhasibat.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin  10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer

vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarınınvergi ödəyicilərinə xidmət strukturları,MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,  RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

vergi ödəyicilərinə xidmət strukturları

İcra müddəti

Ərizə daxil olduğu gündən sonra 21 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün  istifadəçi kodu, parol və şifrə

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxs əmlakını satarsa vergi öhdəliyi necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Hüquqi şəxs əmlakını satarsa vergi öhdəliyi necə hesablanır?

Sual:
Nizamnamə kapitalı 100 ( bir yüz manat) manat olan Məhdud Məsuliyyətli Cəmiyyət özünəməxsus ( Çıxarışı var) qalıq dəyəri 34 500 (otuz dörd min beş yüz ) manat olan 114 kvadratmetrlik qeyri -yaşayış sahəsinin 73 kvadrat metrini 80000,00 ( səksən min ) manata satır. Bu Zaman Məhdud Məsuliyyətli Cəmiyyət üçün hansı vergi öhdəlikləri yaranır?
Cavab:
Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq həmin şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləğindən alğı-satqı əməliyyatını təqsdiqləyən notarius ödəmə mənbəyində vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.
Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur, eyni zamanda təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.
Bax: Vergi Məcəlləsinin 155.1-ci, 218.4.3-cü, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələri.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergitutma

Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?


Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, işçilərinin sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi və icbari sığorta müqaviləsi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, müəyyən fəaliyyət növləri üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun məhdudlaşdırılması, əsasən, vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərə şamil edilib. Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Qanunun qoyduğu məhdudiyyət sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ilə bağlıdır: “Bundan əvvəl sahibkara xidmət göstərən başqa bir sahibkar – əgər qarşı tərəf öz xərcini və gəlirini göstərmək istəmirsə və yaxud öz dövriyyəsini sadələşdirilmiş vergi rejimi ilə işləyirsə – qarşı tərəfin tələbi əsasında ona qaimə-faktura verilmirdi. Hansısa nəzarət-kassa aparatının çeki də sonradan rəsmiləşdirilir və burada bir sıra sui-istifadə hallarına yol verilirdi.

Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər.

Ümumiyyətlə, vergi ödəyiciləri arasında əməliyyatların rəsmiləşdirilməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir. Bir sahibkar başqa bir sahibkara mal, iş və ya xidmət təqdim edirsə, istisna halda hüquqi xidmət göstərirsə, əslində, e-qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf də öz xərcini sübut edə, gəlirini göstərə bilsin. Əfsuslar olsun ki, bəzi hallarda əmək müqaviləsini “pərdələmək” məqsədilə, ümumiyyətlə, gəlirlər və xərclər sənədlərdə az göstərilir. İki sahibkar arasında qanunla müəyyən edilmiş sənədləşdirilmə aparılmır. Məhz buna görə də qanunvericiliyə belə bir dəyişiklik edildi”.

S.Musayeva bildirib ki, tam xərcsiz, yəni sıfır xərclə biznes qurulmur. İstənilən xidmətin, təbii ki, müəyyən bir xərci var: “Kargüzarlıq ləvazimatları, tərcümə xidmətləri, notarial xidmətlərlə bağlı xərclər ola bilər ki, onların rəsmiləşdirilməsi ilə bağlı sənədlər olmur. Əgər sahibkar bütün xərclərini rəsmiləşdirsə, daimi olaraq daşıma xidmətləri, dəftərxana ləvazimatları, rabitə xidmətləri qaimə ilə alınsa ölkədə sənədləşdirmənin bərpasına töhfə vermiş olacaq, vergi öhdəlikləri şəffaf şəkildə müəyyənləşəcək. Əgər qarşı tərəf buna şərait yaratmırsa, vergi orqanına müraciət edilməlidir. Burada məqsəd vergi yükünün artırılması deyil: nə qədər xalis gəlir olsa, ondan tutulan vergidə 75 faizlik güzəşt var”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.