Azərbaycanda məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır.

Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçot qaydaları hazırlanır.

Bu barədə Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.

Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2 937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə.Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır:

“Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz eyni zamanda ictimai təşkilatlarla da çalışmaq istəyirik”, – deyə Ə. Məmmədov bildirib.

Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır.

Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5 971-i Vergilər Nazirliyində uçota alınıb.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fəaliyyətin bərpa edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

C&S Group Təcrübəçi axtarır

vakansiya TəcrübəçiVakansiya: Təcrübəçi / İşəgötürən: C&S Group

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Arzu xanım
  • Telefon: (012) 310-35-03
  • E-mail: office@csgroup.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 19.06.2019
Vakansiya barədə məlumat

– Təlim – təcrübə proqramımız nəticəsində mühasib kimi lazımı təcrübəyə sahib ola biləcək, professionallığınızı irəli daşıyacaqsınız
– Təlim – təcrübə proqramımız şirkətimizin peşəkar mühasibləri tərəfindən, praktik əsaslarda keçirililəcəkdir
– “C&S Group” kollektivində özünü görmək istəyən əməkdaşlar sizi bizimlə birgə özünüzü təkmilləşdirməyə dəvət edirik
– Mühasibatlıq yönümlü karyeranıza gedən uğur yolunu bizimlə başlayın
– Təlim – təcrübə proqramı 01.06.2019-cu il tarixindən başlayaraq, 4 ay müddətində davam edəcək
– 2 ay təlim, 2 ay praktika müddəti
– Təlim – təcrübə həftənin `bazar ertəsi – cümə` günləri keçiriləcək
– Qrup sayı limitlidir
– Təlimin keçiriləcəyi yer: Xocalı pr 37B, Demirchi Tower
– Təlim – təcrübə 4 ay müddətində ödənişli əsaslarla keçirililəcəkdir (ödəniş tələbə tərəfindən şirkətə ediləcək)
– Bu proqramda iştirak edən şəxslər şirkətimizdə mühasib kimi işə başlayacaq

Təcrübəçi ilə bağlı tələblər

– Ali təhsilli
– MS Office proqramlarında işləmə bacarığı
– Dil bilikləri: azərbaycan dili əla, rus və ingilis dili arzuolunandır
– Məsuliyyətli, səbirli
– İqtisadi təhsili olanlara üstünlük veriləcəkdir

Təlim-təcrübə proqramında iştirak etmək istəyən şəxslər cv-lərini “Təlim – təcrübə proqramı” başlığı altında office@csgroup.az /

info@finstaff.az elektron ünvanına göndərə bilər. Ətraflı məlumat üçün (012) 310 35 03 nömrəsi ilə əlaqə saxlaya və ya elektron ünvana, bizə yaza bilərsiniz.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hər bir sahibkara peşəkar mühasib lazımdır

posted in: mühasib, Xəbər | 0

Hər bir sahibkara peşəkar mühasib lazımdır.
peşəkar mühasib

“Qanunvericilikdə mühasibat uçotu ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Xüsusilə ixtisasca mühasib olmayan şəxslərin işəgötürən təşkilatlarda və sahibkarlıq subyektlərində baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması, hər şeydən əvvəl, hesabatlılığın və şəffaflığın təmin olunmasına xidmət edəcək. Bu, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinin formalaşması baxımından çox mühüm dəyişiklikdir”.

İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikləri şərh edərkən belə deyib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Ədalət Əsədov “vergiler.az”a açıqlamasında bildirib ki, peşə ixtisası mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinin qanunazidd hal kimi müəyyənləşdirilməsi, bununla bağlı sahibkarlıq subyektləri və işəgötürən təşkilatlar qarşısında yeni tələblərin qoyulması xüsusən iri vergi ödəyicilərinin maraqlarına cavab verir: “İstənilən sahibkarın vergi orqanları ilə münasibətlərini tənzimləyən, maliyyə hesabatlarının düzgünlüyünə və etibarlılığına məsul olan şəxs onun mühasibləridir. Hər bir sahibkar istəyər ki, mühasibi öz işinin peşəkarı olsun.


Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə
işə qəbul edən sahibkarlıq subyektləri vergi qanunvericiliyinin
tələblərinin pozulması hallarına daha çox yol verirlər


Bu mütəxəssislər isə ixtisasca mühasib olan şəxslər ola bilər. Yəni bu dəyişikliklər, hər şeydən əvvəl, sahibkarın və vergi ödəyicilərinin öz xeyrinədir. Məqsəd həm də maliyyə hesabatlarının düzgün tərtib olunmasına, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin keyfiyyətinin artırılmasına nail olmaqdır. Bu baxımdan, peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması müsbət hal kimi dəyərləndirilməlidir”.

Ə.Əsədov hesab edir ki, ixtisaslı mühasiblərin işə götürülməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas səbəbi başqa amillərdir. Onun fikrincə, bu dəyişikliyin kökündə vergi hesablaşmalarının keyfiyyətlə və şəffaf şəkildə yerinə yetirilməsini təmin etmək dayanır: “Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə işə qəbul etmiş sahibkarlıq subyektləri vergi qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox yol verirlər. Belə olan halda, həmin sahibkarlıq subyektlərinin maliyyə hesabatlarında səhvlərin olması gözləniləndir. Deməli, sahibkara peşəkar mühasiblər lazımdır ki, onun maliyyə hesabatları vergi qanunvericiliyinin tələblərinə tam cavab versin. Əks halda, vergi orqanları yol verilmiş pozuntularla bağlı yoxlamalar aparacaq, aşkarlanan qüsurlara görə cərimə sanksiyaları tətbiq edəcək ki, bu da heç bir halda sahibkarın maraqlarına uyğun deyil”.

Qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş tələblər sahibkarlıq subyektlərində ixtisaslı mühasiblərin işə cəlb olunmasına ciddi əsaslar yaradır: “Bu dəyişikliyin ikitərəfli faydası var. Bir tərəfdən ali təhsil ocaqlarında bu ixtisasa tələb artacaq, digər tərəfdən isə hazırda işsiz olan ixtisaslı mühasiblərə tələbat atdığından onlar daha rahat şəkildə işlə təmin oluna biləcəklər. Yəni sahibkarlar ixtisaslı mühasiblərlə işləməyə daha çox maraq göstərəcəklər”.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 462-ci maddəyə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcəklər.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.