“QOÇ ƏT” MMC Mühasib axtarır

“QOÇ ƏT” MMC Mühasib axtarır

vakansiya Mühasib

Vakansiya: Mühasib / İşəgötürən: “QOÇ ƏT” MMC

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 24 – 40 yaş
  • Cins:
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Həsənov Rəşad
  • Telefon: (012) 496-35-68,18 / (050) 200-04-95
  • E-mail: rashad@qocet.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 26.06.2019
Vakansiya barədə məlumat

– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin Akinsoft Wolvox proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:30-dan 18:30-dək, şənbə günü 10:00-dan 16:00-dək

Mühasib üçün tələblər

– AR Əmək məcəlləsinin və Vergi Məcəlləsinin biliklərinə sahib olmaq
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ,İngilis dili (arzu olunan)
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək, Excel, Akinsoft Wolvox bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ali savad (iqtisadiyyat sahəsi üzrə)

Tələblərə uyğun olmayan və mail-da “Mühasib” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. Namizədlərin xanım və ya bəy olmasının fərqi yoxdur.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək

Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək.

Bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrini həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün aidiyyəti qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib.

Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.

Dəyişikliyə əsasən, bu xətalar baş verdikdə Hesablama Palatası protokol tərtib edəcək və inzibati tənbehin tətbiqi üçün məhkəməyə göndəriləcək. Məhkəmə isə həmin xətalar haqqında işlərə baxaraq inzibati tənbeh tədbiri tətbiq edəcək.

Mənbə: trend.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu Sahibkarlıq Subyektləri Məcburi Auditdən azad edilir

posted in: Audit, Xəbər | 0

Bu Sahibkarlıq Subyektləri Məcburi Auditdən azad edilir

Bundan sonra dövriyyəsi 3.000.000 dan və ya İşçi sayı isə 50 nəfərdan az olan Məhdud Məsuliyyətli Cəmiyyətlər, yəni Mikro və Kiçik Sahibkarlıq Subyektləri Məcburi Auditdən azad olunacaqlar.

Belə ki, 24.05.2019-cu il tarixli  Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəllənin  Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə ilə bagli 91-ci maddəsinin məcburi auditlə bağlı hissəsində dəyişiklik edilmişdir:

91.4-cü maddənin birinci cümləsinə “cəmiyyət” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddənin birinci və ikinci cümlələrində “hesabatının” sözü “hesabatlarının” sözü ilə əvəz edilsin;

Belə ki, dəyişiklikdən sonra məcburi audit tələbi bütün məhdud məsuliyyətli cəmiyyətlərə deyil, yalnız orta və iri sahibkarlıq subyektləri olan Məhdud Məsuliyyətli Cəmiyyətlərə şamil ediləcəkdir. Dəyişiklikdən sonra qeyd edilən maddə aşağıdakı kimi olacaqdır:

 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Həmçinin, Açiq Səhmdar cəmiyyətlərlə bağlı 99.2-ci maddədə aşağıdakı dəyişikliklər edilmişdir:

99.2-ci maddədə “mühasibat balansını” sözləri “maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri olan ASC-lər artıq məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borclu deyillər.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, mühasib, Xəbər | 0

Baş mühasib, vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Moon Group MMC

Əmək Haqqı: 1000 – 1200 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
  • Telefon: (012) 440-22-11
  • E-mail: hr@moongroup.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 24.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü

Baş Mühasib ilə bağlı tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.