Bu halda e-qaimə təqdim etmək tələb olunmur.
Sual:
Tərəfimizdən müəyyən dövlət müəssisələri tərəfindən təşkil olunmuş tenderlərə görə həmin təşkilatlara iştirak haqqına görə ödənişlər olunur, müvafiq tender yaxud müsabiqələrə görə. Bildiyimiz kimi, tenderlərin qalibi olsaq da, olmasaq da ödənilmiş iştirak haqları geri qaytarılmır.
Sizə sualım ondan ibarətdir ki, tərəfimizdən ödənilən tenderlərə görə iştirak haqqlarına görə qarşı tərəfdən elektron qaimə tələb etməyimiz düzgündürmü? Tələb etməyə ixtiyarımız varsa necə əsaslandırıb qarşı tərəfdən elektron qaimə tələb edə bilərik? Zəhmət olmasa müvafiq sualla bağlı yardımçı olardınız.
Сavab:
Bildiririk ki, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə fakturaların təqdim edilməsi tələb olunmur.
Eyni zamanda həmin şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-6.2-ci, 108-ci, 109.8-ci maddələri.
Mənbə: taxes.gov.az