» » » Palata əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir

Palata əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hesablama Palatası əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

 Bu barədə Palata 2018-ci ilin dövlət büdcəsinə dair rəyində qeyd edib. Rəydə əlavə dəyər vergisinin iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alət olduğu vurğulanaraq  bu vergi üzrə faktiki daxilolmanın xüsusi çəkisinin ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 68,2%-ni təşkil etdiyi göstərilib.

Dövlət büdcəsinin ƏDV üzrə gəlirlərinin tərkibində Azərbaycan Respublikası Vergilər Nazirliyinin payının əvvəlki illərə nisbətən daha da azaldığını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payı isə artdığını qeyd edərək Hesablama Palatası idxal olunan aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin, eyni zamanda ölkə ərazisində malların, işlərin və xidmətlərin təqdim edilməsinin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olduğunu vurğulayıb. Kənar dövlət maliyyə nəzarəti orqanı bu neyllər nəzərə alaraq  əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib.

Hesablama Palatası: 2018-ci ilin nəticələri vergi azadolmaları və subsidiyalaşmı ilə bağlı dövlət dəstəyi mexanizmlərinin yığcamlaşdırılması təklif olunur. Bu barədə Hesablama Palatasının Rəyində qeyd edilib.

Göstərilib ki, ÜDM-in strukturunda kənd təsərrüfatının ümumi məhsulu 2016-cı ildə 5632,4 mln. manat, 2017-ci ildə 6580,0 mln. manat, 2018-ci ildə 7010,0 mln. manat həcmində olmuş, müxtəlif istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsindən ayrılmış subsidiyaların ümumi məbləği isə həmin illərə uyğun müvafiq olaraq, 193,6 mln. manat, 190,1 mln. manat və 375,9 mln. manat təşkil edib. Subsidiyaların ümumi məbləğinin kənd təsərrüfatının ümumi məhsulunun həcminə nisbəti 2016-cı illə müqayisədə 2,0 faiz bəndi, 2017-ci illə müqayisədə isə 2,5 faiz bəndi artaraq 5,4% təşkil etdiyi vurğulanmış və bildirilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergilərdən azad olunmasını da nəzərə alınarsa bu göstəricilər daha böyük olar.

Bu amilləri nəzərə alaraq Hesablama Palatası dövlət dəstəyi çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarına sərf olunan resursların istehsal prosesinin son mərhələsi olan məhsul buraxılışının həcminin artmasına adekvat təsir göstərmədiyi və ya hesabatlılığın təmin olunmadığı qənaətindədir.

Rəydə, eyni zamanda, Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə vergi hesabatlılığının təmin olunması üzərində vergi inzibatçılığının zəif təşkil olunması, o cümlədən qanunvericiliklə müəyyən edilmiş qaydada vergilərdən azad olunan gəlirlərinin bir qayda olaraq bəyan olunmaması kimi halların mövcud olduğu göstərilib.

Qeyd olunanlar nəzərə alınaraq vergi azadolmaları və subsidiyalaşmı ilə bağlı dövlət dəstəyi mexanizmlərinin yığcamlaşdırılmasının zəruriliyi vurğulanıb.

Mənbə: azadinform.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.