Daha çox8
Daha çox8

1500 manat məvaciblə Mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Agro-West DC LLC

Yaş: 25 – 35

Dil bilikləri:

– Azərbaycan – Ana dili;
– Rus dili (üstünlükdür)

– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – əla səviyyədə bilən;
– Riyazi və Analitik bacarıq;
– Təcrübə: min. 1-3 il
– 1C Mühasibat Proqramını bilmək  (1C 8.3 versiyası ilə  işləmə bacarığı)
– Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Əməkhaqqı fondunun xərclənməsinə nəzarət
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq

İş şəraiti:

– 5 günlük iş həftəsi
– iş vaxtı: 08:00 -17:30
– Nahar yeməyi şirkət tərəfindən verilir
– İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Əmək haqqı namizədə görə təyin olunacaq – (1000-1500 AZN)

Uyğun namizədlər CV formalarını HR@agrowestdc.az / info@finstaff.az e-mailinə başlıq  “mühasib”  yazmaqla göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu

posted in: Vergi, Xidmət, Xəbər | 0

Gəlir mənfəətXidmətin adı: Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 74.1-ci maddəsi

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 30.07.2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş

 “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

30 gün (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün 10 gün)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: məlumat

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Milli Məclisin Sədri: Pos-terminallar niyə işləmir?

posted in: Xəbər | 0

Milli Məclisin Sədri: Pos-terminallar niyə işləmir?

Milli Məclisin keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.
O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır:
“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək haqqı və pensiyalarla bağlı yeniliklər gözlənilir

posted in: Xəbər | 0

Əmək haqqı və pensiyalarla bağlı yeniliklər gözlənilir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək haqqı və pensiya sahəsində yeni təkliflər hazırlandığını bildirib:

“Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artdıqca ölkə başçısının əsas niyyəti bu gəlirin, ilk növbədə, əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə həm əmək haqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik”.

Pensiya sistemində aparılan islahatlara toxunan nazir görülən tədbirlər nəticəsində bir çox sahədə artıq ciddi uğurların əldə olunduğunu bildirib: “Elektron pensiya təyinatına yanvarın 1-dən başlanılıb, qısa müddətdə 11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar. İnanırıq ki, sosial müdafiə sisteminin gələcəyi elektron sistemlər üzərindən qurulmalıdır”.

S.Babayev sosial sahədə şəffaflığın təmin olunmasına dair işlərin davam etdiriləcəyini deyib: “Aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə, hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilir. Qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər təqsirkar vəzifəli şəxslər tərəfindən ödənilir”.

Nazir əlavə edib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. Bunun üçün həm beynəlxalq təşkilatlar, həm də xarici şirkətlər cəlb edilib. Həmin planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bu cür fondların fəaliyyətinə qanunvericilikdə qadağa olmadığını qeyd edən S.Babayev bu sahənin fəaliyyət mexanizmi, əhatə dairəsi, tətbiq olunması mexanizmi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlərin hazırlanacağını bildirib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!