MMC-nin Hüquqi sənədlərini kağız daşıyıcıda almaq mümkündür?

posted in: sual-cavab, Xəbər | 0

MMC-nin Hüquqi sənədlərini kağız daşıyıcıda almaq mümkündür?


Sual:

Elektron qaydayla 28.03.2019-cu ildə MMC açmışam və mənə dövlət reyestrdən çıxarış, MMC-nin nizamnaməsi, VÖEN şəhadətnaməsi elektron qaydada a.doc formatında göndərilib. Bilmək istərdimki sadalananları hazır sənəd formasında əslini ala bilərəm?

Cavab:

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı MMC – nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1100 AZN əmək haqqı ilə Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Hilal

Əmək Haqqı: 800 – 1100 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 52 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Elçin bəy
  • Telefon: (012) 564-26-89
  • E-mail: kadr@hilalelektrik.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 30.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– e-qaimə fakturalarının və vhf yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 08:30-dan 18:30-dək
– Həftənin 6 günü nahar şirkət tərəfinən verilir

Mühasib üçün tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS office (xüsusillə excell), 1c 7.7,mikro, logo.b2b ,e-gov, e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, dsmf, statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (vergi məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli cv-ni elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət qulluqçularının sayı və onların əmək haqqı açıqlanıb

posted in: Xəbər | 0

statistika əmək haqqıYanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5 faizini qadınlar təşkil edib.

Statistika Komitəsindən bildirilib ki, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 7,4 faizi 1 ilədək, 24,2 faizi 1 ildən 5 ilədək, 23,2 faizi 5 ildən 10 ilədək, 16,8 faizi 10 ildən 15 ilədək, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur:

30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının

1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri,

14,6 faizini şöbə müdirləri,

11,7 faizini şöbə müdirinin müavinləri,

7,9 faizini sektor müdirləri,

25,7 faizini baş məsləhətçilər,

5,3 faizini böyük məsləhətçilər,

12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat olub.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni Elektron Hökumət Portalı fəaliyyətə başlayıb

posted in: Xəbər | 0

Yeni Elektron Hökumət Portalı fəaliyyətə başlayıb

1 iyun tarixindən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalı fəaliyyətə başlayıb.
Hazırda portalda 11 dövlət qurumu 23 xidmət təklif edir.
Vətəndaşlar Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3, Daxili İşlər Nazirliyinin 5, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 1, Ədliyyə Nazirliyinin 5, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2, Dövlət İmtahan Mərkəziin 1, Təhsil Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1, İqtisadiyyat Nazirliyinin 1, Dövlət Miqrasiya Xidmətinin 1 xidmətindən yararlana bilərlər.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.