Daha çox8
Daha çox8

Səyyar vergi yoxlamalarının sayı 4 dəfə azalıb

posted in: Vergi, Xəbər | 0

Səyyar vergi yoxlamalarının sayı 4 dəfə azalıb

“Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub”.

Bunu Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, vergi yoxlamaları azalıb: “2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə azalıb və 1 mln vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb”.

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

“Əgər ilkin olaraq xəbərdarlıq edilmirsə, ona qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar “bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə çalışırlar. Bu isı digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır”.

Onun sözlərinə görə, təkcə 5 ayda Vergilər Nazirliyi xətti ilə 3 mlrd 138 min manatdan çox vəsait daxil olub: “Bu proqnoz tapşırığından 286,5 mln manat çoxdur. Bu çox böyük bir rəqəmdir. Vaxtilə biz bu rəqəmlərlə bağlı ancaq arzu edə bilərdik. Ötən ilə nisbətən büdcəyə vergi daxilolmalarının məbləği 262 mln manat artıb”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

kommersiyaXidmətin adı: Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– ləğvetmə balansı

– qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd

– kommersiya qurumunun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli

– kommersiya qurumunun üzərində “ləğv prosesindədir” yazılmış möhürü

– vergi şəhadətnaməsi (kommersiya qurumu 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa)(qeydiyyat və ya vergi şəhadətnaməsi, nizamnaməsi (əsasnaməsi) və ya möhürü itmişdirsə,itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan)

– səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasınınarayışı – hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə təhvil aktı və ya bölünmə balansı

– hüquqi şəxs barədə hər hansı inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub-olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə müvafiq məhkəmədən arayış

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34 və 158-ci maddələri

– Mülki Məcəllənin 59-61-ci maddələri

– İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi

– NK-nın 04.10.2012-cı il tarixli 219 nömrəli Qərarı

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

– Vergilər nazirinin 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri  (maliyyə- sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti

çatışmazlıq aşkar edilmədikdə 7 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Kommersiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Azərbaycanda auditor xidməti göstərən hüquqi və fiziki şəxslərin reytinqi açıqlanıb

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası 2018-ci ildə Azərbaycanda auditor xidməti göstərmiş hüquqi və fiziki şəxslərin reytinqini açıqlayıb.

Böyük 4-lüyə daxil olan auditor təşkilatları arasında ilk yeri yenə də “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin yerli filialı tutub.

2017-ci ildə III yeri tutmuş “Deloitte & Touch” MMC 2018-ci ildə II yerə yüksəlib. Əvəzində “PwC Azerbaijan” MMC bir pillə geriləyib. Başqa sözlə, bu audit şirkətləri yerlərini dəyişiblər.

IV yerdə isə yenə də “KPMG Audit Azerbaijan” MMC qərarlaşıb.

Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə reytinq isə aşağıdakı kimidir:

1 “Baker Tilly Audit Azerbaijan” MMC
2 “Caspian Business Consultants” MMC
3 “Grant Thornton” MMC
4 “PKF Audit Azerbaijan” MMC
5 “Nexia EA” MMC
6 “BDO Azerbaijan” MMC
7 “RSM Azerbaijan” MMC
8 “L.B. Audit Xidməti” MMC
9 “Moore Stephens” MMC
10 “Alfa Audit” MMC
11 “Premium Audit” MMC
12 “Abak-Az Crovve ltd” MMC
13 “M.A.Audit” MMC
14 “Tid Legal Solutions” MMC
15 “AZAUDİT” MMC
16 “BKR İşık Consulting” MMC
17 “Baltic Caspian Audit” MMC
18 “JPA International Azərbaycan” MMC
Bundan başqa, Auditorlar Palatası ötən il ilk dəfə yerli auditor təşkilatlarının və sərbəst auditorların reytinqini də müəyyən edib:
Yerli auditor təşkilatları
1 “İmdad Audit” MMC
2 “İnteqral Consulting” MMC
3 “Premier Audit Consalting” MMC
4 “Tax Audit & Consaltinq Service” MMC
5 “PSG Tax Consulting” MMC
6 “Forum” MMAM
7 “Victoryvvays Audit Consulting” MMC
8 “Caspian Audit Company” MMC
9 “Davud Mamedov” MMC
10 “Best Audit” MMC
11 “ANR Audit” MMC
12 “Abacus Audit and Consulting” MMC
13 “Biznes Audit” MMC
14 “Smart Audit” MMC
15 “G and A Audit” MMC
16 “Capital Audit” MMC
17 “Analitic-Audit Consalting” MMC
18 “Azərbeynəlxalq Audit Xidməti” MMC
19 “Tid Legal Solutions” MMC
20 “V.İ.P Audit” MMC
21 “RM Audit” MMC
22 “Azel Audit ” MMC
23 “NZA Audit” MMC
24 “F.N.Audit Servis” MMC
25 “MB Audit” MMC
26 “Kermur Audit” MMC
27 “İnter Audit” auditor təşkilatı
28 “Finexpert” MMC
29 “Grow Audit” MMC
30 “Q.R.T. Audit” MMC
31 “Asan Yol” MMC
32 “Caspian Consulting and Partners” MMC
33 “Fchain Audit” MMC
34 “Fairness Consalting Group” MMC
35 “Novotech International” MMC
36 “Prime Audit Consalting” MMC
37 “A Audit and Consulting” MMC
38 “Business Finance and Audit” MMC
39 “International Audit” MMC
40 “Consulting Group” MMC
41 “Azeri Audit” MMC
42 “Hakim Audit” MMC
43 “Vizion Group” MMC
44 “Cəfəroğlu Audit” MMC
45 “Master in Finans and Accountinq Services” MMC
46 “Finans Audit” MMC
47 “Solutions Audit Services” MMC
48 “Cavid Audit” MMC
49 “Next Audit Сonsaltinп” MMC
50 “Zaman Audit” MMC
51 “Nahid Audit” MMC
52 “Audit Grup” MMC
53 “Inter Audit Service” MMC
54 “Şəfəq Audit” MMC
55 “Argentum Audit” MMC
56 “Legal Audit” MMC
57 “LŞ Audit” MMC
58 “VXA Audit” MMC
59 “İntex Audit” MMC
60 “Çinar Audit” MMC
61 “Ekspert Finans Konsaltinq” MMC
62 “Ason Audit” MMC
63 Naxçıvan MR auditor təşkilatı
64 “Audit Consulting 17” MMC
65 “Bakı Audit Konsaltinq” MMC
66 “Ekonom Audit” MMC
67 “Audit Servis” MMC
68 “Real Audit” MMC
69 “BNB Audit” MMC
70 “EON AUDİT” MMC
71 “Femida A.C.” MMC
72 “Forbist” MMC
73 “Grandis Audit” MMC
74 “International Consulting & Solutions” MMC
75 “İNVEST AUDİT” MMC
76 “OSHAR” MMC
77 “Trust Audit” MMC
78 “Vergi Məsləhətçiləri Palatası” MMC
 Sərbəst auditorlar
1 İsgəndərov Səməd
2 Kərimov Vəli
3 Cəfərov Altay
4 Qurbanlı Ziya
5 Əliyev Xaləddin
6 Əliyev Aftandil
7 Məmmədov Məmməd
8 Əliyev Elçin
9 Əliyev Natiq
10 Axundov Vaqif
11 Abbasov Çingiz
12 Rəhimov Vəli
13 Mikayılzadə Raqif
14 İbrahimov Elnur
15 Axundov Nazim
16 Həsənov Ülvi
17 Vəliyev Səftər
18 Əliyev Elvin
19 Musayev Adıgözəl
20 Məhərrəmov Mübariz
21 Soltanov Qulu
22 Fətiyev Üzeyir
23 Hüseynov Şəmşinur
24 Əliyev Azər
25 Seyidov Elnur
26 Qarayev Vüsal
27 Rzayev Akif
28 Talıbov Nəcəf
29 Nuriyev Alqış
30 Məmmədov Ülfət
31 Hacıəzizov İlham
32 Əkbərov Mübariz
33 Bəşirov Şərif
34 Alıyev Köçəri
35 Bənnayev Elxan
36 Tağıyev Vasif
37 Cəfərov Elçin
38 Əhmədov Hafiz
39 Gülməmmədov Şirxan
40 Hacalıyev Elşad
41 Çələbiyev Eldəniz
42 Şirinov Yasin
43 Abbasov Yaşar
44 Əliyev Yaqub
45 Talıbov Tariyel
46 Bayramov Vəli
47 Əliyev İbiş
48 Pənahov Novruz
49 Əvəzov Kamil
50 Yusifova Gülnarə
51 İsayev Telman
52 Sadıqov Musa
53 Məmmədov Daşqın
54 Eminov Otello
55 Cəfərova Şahnaz
56 İsmayılov Səxavət
57 Rzayev Orxan
58 Vəliyev Hafiz
59 Zəkiyev Zəki


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Nazirliyi bu hüquqi şəxslərə müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyi hesabatlarla bağlı müraciət edib


Nazirliyin ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən, illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Adıçəkilən Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur.

Həmin Qanunun 12-1.9-cu maddələrinin tələblərinə əsasən, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslərdən illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

Qanunun 12-1.5-ci maddəsinə əsasən, publik hüquqi şəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyi – nə verilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!