Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

posted in: Vergi, Xəbər | 0

Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib.

“Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları proqnozdan 286,5 milyon manat çox – 3 milyard 138 mln. manat olub.

2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini xatırladan nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb:

“Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 milyon manat çoxdur: proqnoz tapşırığına isə 114 faiz əməl edilib”.

Sahib Ələkbərov diqqəti bu nailiyyətlərin vergi yoxlamalarının sayının kəskin azaldığı bir şəraitdə əldə edildiyinə yönəldib: “2018-ci ildə əvvəlki illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin yoxlamaların sayı daha 4 dəfəyədək azalıb”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

posted in: sual-cavab, Xəbər | 0

turizmHansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?


Sual:

Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

Cavab:

Bildiririk ki, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) aid edilir.

Buna əsasən turagentlər tərəfindən turizm məhsulunun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər ödənişi edən şəxsin ƏDV məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq nağdsız qaydada həyata keçirilir. Bununla yanaşı biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsinin səlahiyyətləri artırılıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsinin səlahiyyətləri artırılıb

Dövlət Gömrük Komitəsi

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

İmzalanmış Fərmanla “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.19.3-cü yarımbənd əlavə edilib.

Yeni bəndə görə, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatların, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Dövlət Gömrük Komitəsinə həvalə edilib.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdlaşdırma zamanı ödəmə mənbəyindən vergitutma

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Nağdlaşdırma zamanı ödəmə mənbəyindən vergitutma

Təcrübədə ən çox rast gəlinən hadisələrdən biri də hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyindən 1 faiz dərəcə ilə vergi tutulmasıdır. Bu sahədə diqqət yetirilməli olan məqamlara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu, sırf vergi ödəyicilərinə aid olduğundan, adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.
Misal: Tutaq ki, “A” MMC işçinin əməkhaqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Vətəndaşın bank hesabına pul köçürmələri vasitəsilə vəsait daxil olduqda da həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirlmiş vergi hesablanmır.
Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb. Yəni vergi ödəyicisinin kənd təsərrüfatı ilə, yaxud ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, bank hesabından nağd pul çıxarıldıqda 1 faiz sadələşdirilmiş vergi ödənilməlidir.

Dövlət təşkilatları və bələdiyyələr tərəfindən bank hesabından vəsaitin çıxarılması zamanı 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmamalıdır. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda həmin vergini ödəməməlidirlər.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədikləri 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.