» » » Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib.

“Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları proqnozdan 286,5 milyon manat çox – 3 milyard 138 mln. manat olub.

2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini xatırladan nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb:

“Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 milyon manat çoxdur: proqnoz tapşırığına isə 114 faiz əməl edilib”.

Sahib Ələkbərov diqqəti bu nailiyyətlərin vergi yoxlamalarının sayının kəskin azaldığı bir şəraitdə əldə edildiyinə yönəldib: “2018-ci ildə əvvəlki illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin yoxlamaların sayı daha 4 dəfəyədək azalıb”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.