Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 sualı əhatə edən

Ədəbiyyat siyahısı – 1

(iqtisadçı və digər ixtisaslar üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası  

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1-ci, 530-532, 545, 598, 602-ci maddələr

5. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu

8. ””Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

10.  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

11. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12. İqtisadi nəzəriyyə, Maliyyə, Büdcə Sistemi (“Makroiqtisadiyyata giriş” Məmmədhəsən Meybullayev və “Ekonomiksin əsasları” Qreqori Mənkyu)

13. Mühasibat uçotu (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”)

14. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”)

15. Sosial və işsizlikdən sığorta (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında”  Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti  itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”)

Ədəbiyyat siyahısı – 2

(hüquqşünaslıq ixtisası üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası

2 .“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1,2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi – 1-23, 30, 40-2, 41-45-ci fəsillər

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi  – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1, 530-532, 545, 598, 602-ci maddələr

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi – 1-13-cü fəsillər

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi –  2-12,19,28,31-32-ci maddələr, 7-ci fəsil, 57,62-ci maddələr, 10-11-ci fəsillər, 89-91 və 94-cü maddələr, 15-16-cı fəsillər, 114, 122-124-cü maddələr, 19-20-ci fəsillər, 131-132, 137, 154, 175, 179 və 186-cı maddələr

9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – 1-7-ci fəsillər, 41-44, 46, 55, 73-2, 75, 162-1, 192, 192-1, 193, 205-1, 205-2, 213, 213-1, 303, 306-cı maddələr

10. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi – 1-4, 6, 8-11, 14-16-cı fəsillər, 154-157-ci maddələr, 18-19, 23-28, 30-31 və 34-38-ci fəsillər

11. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

12. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

14. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu,

15. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

17.  “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

19. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”)

21. Sosial və işsizlikdən sığorta (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti  itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”)

Qeyd: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə məntiq və informatika sahələri üzrə test tapşırıqları təqdim olunmayacaq!

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstifadə olunmayan torpaqlar üçün vergi hesablanması

posted in: Uncategorized, Vergi, Xəbər | 0

İstifadə olunmayan torpaqlar üçün vergi hesablanması

2017-ci il yanvarın 1-dən kənd təsərrüfatı torpaqlarına əlavə vergi dərəcəsi tətbiq edilir. Prezident İlham Əliyevin 6 may 2016-cı il tarixli fərmanı ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tələblərinə görə, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadratmetrinə görə 2 manat məbləğində vergi ödəməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının arayışına əsasən təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir.

Digər torpaqların sahəsinə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanmış vergi məbləği cari ilin may ayının 15-dən gec olmayaraq, “Torpaq vergisi bəyannaməsi” ilə bəyan edilməklə, bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.

Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləri hesab edilirlər. Onların torpaq vergisi bələdiyyələr tərəfindən illik hesablanır. Həmin vergilərin ödənilməsi barədə tədiyyə bildirişi isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda isə yerli (bələdiyyə) büdcəyə ödənilir.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinatına görə 7 kateqoriyaya bölünür:

  • kənd təsərrüfatı təyinatlı torpaqlar;
  • yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) torpaqları;
  • sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
  • xüsusi qorunan ərazilərin torpaqları;
  • meşə fondu torpaqları;
  • su fondu torpaqları;
  • ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyaya aid torpaq öz təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda, bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layhələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalıdır.

Sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.


Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanmış vergi məbləği cari ilin may ayının 15-dən gec olmayaraq,
“Torpaq vergisi bəyannaməsi” ilə bəyan edilməklə, bərabər hissələrlə
15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsindən “vergilər.az”a verilən məlumata görə, 2015-ci ildən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bunun nəticəsində indiyədək, təyinatı dəyişdirilən torpaqlar da daxil olmaqla, 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb. Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində isə 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.

Komitədən bildirilib ki, 2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1.245 hal üzrə inzibati protokol tərtib edilib. Kənd təsərrüfatı məqsədilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2.117 müraciət üzrə 8.805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib.

Torpaqların təyinatı üzrə istifadəsi sahəsindəki qanunsuzluqların regionlar üzrə bölgüsünə gəlincə, belə hallara Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında daha çox rast gəlinib. Həmçinin Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında da istifadəsiz torpaqlar aşkarlanıb.

Həmin torpaqlar əkin dövriyyəsinə qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadəsi istiqamətində də işlər həyata keçirilib: burada iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. İstifadəsiz torpaqların dövriyyəyə qaytarılması, öz növbəsində, yenidən gəlir mənbəyinə çevrilmiş əkinə yararlı torpaq sahələrinin ümumi həcmini artırır ki, bu da aqrar sektorun inkişafına təkan verir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-kommersiya qurumunun vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Qeyri-kommersiya qurumunun vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış)

– qurumun ləğv edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat) əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs

ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

– “Vergi ödəyicisinin filialının,

nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması)haqqında ərizə”  (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla) – son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

–  təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34 maddəsi

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),   Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləriüçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

ləğv edilməsi və dövlət reyestrindən çıxarılması barədə məlumat dövlət reyestrini aparan orqandan daxil olduğu gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Artıq vergi ödəmələri azalıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vergi ödəyicilərinin büdcəyə olan artıqödəmə məbləği 21%-dən çox azalıb

Ötən il ərzində Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği 21%-dən çox azalıb.
Bu, Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd olunub. Rəydə bildirilib ki, vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği 01.01.2019-cu il tarixə ümumilikdə 2 001 221,6 min manat təşkil edib ki, bu da 01.01.2018-ci il tarixinə olan göstəricidən 543 665,8 min manat və ya 21,4% azdır.
Bu məbləğin 94,3%-i qeyri-neft sektorun, 5,7%-i isə neft sektorunun payına düşüb. Əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalma 52,3% təşkil edib.
Rəydə 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətli dərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabr aylarında isə artıq ödəmə məbləğinin artdığı göstərilib.
Mənbə: apa.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.