Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək

posted in: Xəbər | 0

Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək

Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 12-də saat 11:00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurları və bu sahədə həyata keçirilən xidmətlərə dair onlayn maarifləndirici tədbir keçiriləcək.

Onlayn tədbirdə “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Azərenerji” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nın nümayəndələri müvafiq sahələrdə kommunal xidmətlərə qoşulma, bu sahədə göstərilən xidmətlər və qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarların suallarını cavablandıracaqlar.

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533). Kompüterlə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaq, “iPhone” və “Android” vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləmək lazımdır.

Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB dostları” onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yığım sığortasına ödənilən məbləğdən vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0

Yığım sığortası üçün ödənilən məbləğdən vergi tutulurmu?

Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilmiş son dəyişikliklər nəticəsində 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisi və sosial ayırmadan azaddır.

Bu dəyişikliyin təcrübədə tətbiqi ilə bağlı fikirlər fərqlidir. Məsələn, tutaq ki, neft-qaz sektorunda çalışan işçinin əməkhaqqı 2.000 manatdır. Bəziləri hesab edir ki, bu zaman həmin məbləğin 50 faizindən, yəni 1000 manatdan çox olmayan hissəsi həyatın yığım sığortasına ödənilərsə, həmin hissə gəlir vergisindən azaddır. Həmçinin 1.000 manatın 22 faizi də yığım sığortasına cəlb edilir. Digər fikrin tərəfdarları isə hesab edirlər ki, 2.000 manatın 22 faizi, yəni 440 manat işçinin gəliri hesab edildiyindən, 2.440 manatın 50 faizindən, yəni 1.220 manatdan gəlir vergisi və sosial ayırma hesablanmalıdır.

Bununla bağlı vergi ödəyicilərinin suallarını Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov cavablandırıb: “Əgər işçinin aylıq əməkhaqqı 2.000 manatdırsa və işəgötürən bunun 50 faizdən çox olmayan hissəsini, yəni 1.000 manatını sığorta şirkətinə ödəyirsə, həmin 1.000 manatlıq hissə gəlir vergisi və sosial ayırmalardan azad edilir.

Lakin təcrübədə belə hallar da olur ki, işəgötürənlər həmin əməkhaqqının üzərinə sosial sığorta ayırmalarını da gələrək sığorta şirkətlərinə ödəyirlər. Bəzən sığorta şirkətinə ödənilən 1.000 manatın üzərinə azad olunan məbləğ – yəni 22 faizi – 220 manat gəlməklə sığorta şirkətinə ödəyir.

Bəs bu halda işçinin gəliri necə hesablanmalıdır? İşçinin aylıq əməkhaqqı 2.000 manat olduğu üçün onun üzərinə sığorta şirkətinə ödənilən 220 manat da əlavə edilir. Beləliklə, işçinin gəliri 2.220 manat olur. Bu halda qanunvericiliyin tələbinə uyğun olaraq, onun 50 faizindən çox olmayan hissəsi, yəni 1.110 manat gəlir vergisi və sosial sığorta ayırmalarından azad edilir. Bizim misalda sığorta şirkətinə 1.220 manat ödənildiyi üçün onun yalnız 1.110 manatı gəlir vergisindən və sosial sığorta ayırmalarından azad ediləcək”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənimsəməyə gorə 34 vergi işçisinin fəaliyyətinə xitam verilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi: Mənimsəməyə yol vermiş 34 vergi işçisinin fəaliyyətinə xitam verilib

Vergilər Nazirliyi mənimsəməyə yol vermiş 34 əməkdaşın vergi xidmətində fəaliyyətinə xitam verib.

Eyni zamanda aşkar olunmuş faktlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib.

Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, Nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir.

“Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır.

Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb.

2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb”, – deyə baş direktor əlavə edib.

C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz Nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir. Nazirlikdən bildiriblər ki, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.

Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: MKONTAKT MMC

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Aytəkin Babayeva
  • Telefon: (012) 570-00-08
  • E-mail: info@mkontakt.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 09:00-dan 19:00-dək
– Bazar günü istirahət günüdür.

Baş Mühasib üçün tələblər

– Ali təhsil
– Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
– Vergi və əmək məcəlləsi üzrə biliklər
– Tiger Logo Unite işləmək bacarığı
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı

Uyğun olan namizədlərdən cv-i göndərmələri xahiş olunur

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.